Bia.Az

Başçıya da müraciət edib... amma nə olsun... - GİLEY

Fakt
 7-01-2024, 13:54     127

İsmayıllı rayon sakini Məlikova Sevil yerli məmurlardan giley edir. O bildirir ki, çox şəraitsiz evdə 3 övladı ilə birgə İsmayıllı rayonunun İsmayıllı kəndində yaşayır.

Qızının birinci qrup əlil olduğunu bildirir. O, evinin damının olmadığını və bərpa etmək üçün imkanının olmadığını deyir.

Başçıya da müraciət edib... amma nə olsun...

Vətəndaş ona yardım edilməsiylə bağlı İsmayıllı rayonunun İcra Hakimiyyətinə və deputatına müraciət etsə də ona yardım etmədiklərini bildirir. O dəfələrlə yuxarı instansiyalara müraciət ünvanladığını, lakin bir nəticəsinin olmadığını söyləyir.

Şikayətçi dia-az.info vasitəsi ilə aidiyyatı qurumlara müraciət edərək, onun səsinin eşidilməsini xahiş edir.

Şikayətçi ilə əlaqə nömrəsi: 0507290022
скачать dle 12.1