Bia.Az

“Ayxan” marketin satdığı məhsullar xarab çıxıb - FOTO/FAKT- VİDEO

Fakt
 7-01-2024, 13:35     118

Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, ev-14 ünvanında fəaliyyət göstərən və hal-hazırda paytaxt ərazisində ən böyük alış-veriş mərkəzlərindən biri hesab olunan "Ayxan" marketin şübhəli fəaliyyəti, bu gün də tam əksəriyyəti düşündürməkdədir. Qeyd edək ki, 2022-ci ilin sentyabrında respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 46 ticarət müəssisəsi və 20 ictimai-iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı, fəaliyyətində çoxsaylı qüsurlar aşkar olunan ticarət mərkəzlərindən biri də “Ayxan” market olur. Hər kəs bilir ki, təqribən 60 nəfərdən çox işçinin çalışdığı bu alış-veriş mərkəzində gün ərzində bəlkə də yüz min manat dəyərində alver işləri həyata keçirilir.

Son vaxtlar isə, “Ayxan” marketdən alınan bir çox məhsullar neçə-neçə insanların zəhərlənmələrinə səbəb olmaqdadır. Məsələn, bu ticarət mərkəzinə yaxın ərazidə yaşayan şəxslərdən biri gundemxeber.az-ın əməkdaşına bildirir ki, "Mən 2-3 gün bundan öncə “Ayxan” marketdən "yoğurt" və digər qida məhsulları aldım və aldıqlarımın hər biri xarab çıxdı. Hətta, azyaşlı övladlarımdan biri yediyi "yoğurt"dan da zəhərləndi. Həmin vaxt xarab məhsulları marketə qaytarıb iradımı bildirdikdə, market əməkdaşları mənə “məhsulların xarab çıxmasının bizə heç bir aidiyyəti yoxdur" deyə cavab verdilər. Aparılan araşdırmalar zamanı o da bəlli oldu ki, xarab çıxan məhsulları istehsal edən “Alper” şirkətidir. Düzdür, ərzaq məhsullarının xarab olmalarına bir çox amillər səbəb olsa da, faktdır ki, həmin məhsullar “Ayxan” marketdən alınır. Deməli, istənilən halda bütün məsuliyyət bu alış-veriş mərkəzinin üzərində qalır.
GundemXeber.az redaksiyası olaraq, “Ayxan” marketin səlahiyyətli şəxslərinin mövqeyini dinləyə bilərik.

Facebook-da paylaşскачать dle 12.1