Bia.Az

Müştərisi `İrşad Elektroniks`ə ÇAĞIRIŞ ETDİ: `Məni itirməyin...` - MÜRACİƏT

Fakt
 4-01-2024, 17:21     226

" "İrşad Elektroniks"dən Noutbuk almışam. Video kartında problem var. Bu gün aldığım filiala apardım və satıcı mənə əməliyyat sistemini yeniləməyimi, problemin bundan ibarət olduğunu dedi. Və sonra təkidlə dedi ki, apar yenilətdir, bir şey olsa gətirərsən servisə yollayarıq. Bu nə dərəcədə doğru yanaşmadır? Bununla bağli ayrıca hara şikayət edə bilərəm? Mağaza əməkdaşı komputerə nə olduğunu bilmədən mənə niyə məsləhət verir". Bildirək ki, bunu "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Nəcəf Ruslanoğlu adlı isttifadəçi qeyd edir.

Müştərisi `İrşad Elektroniks`ə ÇAĞIRIŞ ETDİ: `Məni itirməyin...`

O daha sonra yazır: "Komputer Windows 11-lə gəlib, core i7 13-cü nəsildir. Komputerdən başı çıxan hamı da bilər ki, core i 7 13-cü nəsilə windows 10 pro yazilmir.
Məhsulun alışından 14 gün keçib. Artıq 17-ci günüdür. Video kartdakı problemlər artiq lap çox güclənib. Komputerlə istifadəni dayandırmışam ki, problem artmasın. Mağazanın məhsulu servisə yollamadan dəyişdirmə ehtimalı varmı? Burada istehlakçı kimi üzərimə düşən hansı hüquqları bilməliyəm? Hansı halları bəhanə edib dəyişməyə bilərlər?
Komputer mağazanın Xırdalan filialından alınıb.
"İrşad Elektroniks"ə müraciət edirəm, daima sizdən aldığım məhsullar əla çıxıb. Amma, bu dəfə nəsə elə olmadı. Xahiş edirəm, məsələyə laqeyd yanaşmayın və daimi müştərinizi itirməyin".

dia-az.info
скачать dle 12.1