Bia.Az

AĞ ŞƏHƏR BULVARINDA YERLƏ, GÖYLƏ "ƏLLƏŞƏN" BİNA- TƏHLÜKƏ MƏNBƏYİ DEYİLMİ?- FOTOLAR

Fakt
 3-01-2024, 01:58     247

...Atalarımızın bir dəyərli və fəlsəfi sözü var: deyilir ki, filankəs yerlə, göylə əlləşir...

Təqdim edilən şəkildə gördüyünüz bina Xətai rayonunda, Bakının ən tıxaclı ərazisi olan Afiyəddin Cəlilov küçəsində, "Qənimətlər parkı" ilə üzbəüzdə- 8 noyabr Prospektinin tinində tikilir... Ərazidə yaşayan sakinlər bir neçə dəfədir "Təzadlar"a müraciət edərək şikayətlənirlər ki, artıq 20- ci mərtəbəni adlayan, daha doğrusu, paytaxtın vaxtilə neftlə çirklənmiş ərazisində, neft gölməçələri olmuş, dənizin təxminən 200-300 metrliyində tikilən bu bina digər binalarda yaşayanların dənizə açılan panoramasını da məhv edib. "Məsələ ondadır ki, iki tıxaclı - işlək küçə və prospektin düz arasında tikilən bu bina həm də "Günəş petrol"un başı üzərində ucaldılmaqdadır. Bəs partlayış və yanğın təhlükəli bir obyektin düz yanında belə bir yaşayış binasının inşaasına Fövqəladə Hallar Nazirliyi necə razılıq verib?", -deyə sakinlər yazırlar.

608072fd-b268-4d7b-8eff-4dd3e4ed2f49
Əməkdaşımız bu gün həmin ərazidə müşahidə aparıb, fakt təsdiqini tapıb. Bu binanın tikintisindən narazılıq edən şikayətçi Famil Rzayev deyir: "Bu ərazidə "Qənimətlər" parkı yerləşir. Dənizlə təmas ərazidə belə bir hündürmərtəbəli binanın tikintisi seysmoloji baxımdan narahatlıq yaradır və hazırda 20-ci mərtəbə tikilib, yeni mərtəbənin tikintisi isə davam edir. Deməli, hələ 3-5 mərtəbə də tikmək istəyirlər. Binanın konstruksiyasına baxanda indidən görünür ki, yüksək keyfiyyətdən və 8-9 ballıq zəlzələyə davamlılığından danışmaq yersizdir... Aidiyyəti qurumlar niyə susurlar? Binanın indiki görünüş və quruluşu nəsə demirmi???".
Məsələyə aydınlıq gətirmək və bəzi suallara cavab tapmaq üçün ərazidə kimsəni tapa bilmədik. Ətrafdakı avtodok əməkdaşlarından biri isə dedi ki, bu binanın tikintisi onların da fəaliyyətinə ciddi təhlükə yaratmaqdadır: "Küləkli havalarda qorxuruq ki, bu saat kran başımıza uçacaq... Dəfələrlə olub ku, göydən kərpic, taxta ərazimizə düşüb, bəxtimiz gətirib... Hələ də tikirlər. Amma eşitdiyimizə görə, problemi olduğundan tikintisi dayandırılıb, çünki çoxdandır işləmirlər...".
Bizcə, əlavə şərhə ehtiyac yoxdur. 
"Təzadlar"ın Araşdırma Qrupu
eb0aad7f-5366-4020-a02d-531f80f0f1b3скачать dle 12.1