Bia.Az

Direktor Arif Rüstəmov müqaviləyə imza atdı- 1 rəis, 7 mühafizəçiyə görə 121 min manat...

Fakt
 29-12-2023, 13:17     255

Xəbər verdiyimiz kimi, Bakı Dövlət Universitetinin Qazax filialının "Mühafizə xidmətinin satınalınması ilə" bağlı elan edilmiş tenderdə "GESCO" ASC qalib olub. 

32gun.az-ın məlumatına görə, artıq Bakı Dövlət Universitetinin Qazax filialı ilə qalib şirkət arasında müqavilə imzalanıb. Məbləğ 121.398,21 AZN-dir. 

Tenderə əsasan ali təhsil ocağının 12 ay müddətində əsas Tədris binasının və arazının 24 saat mühafizəsi (1 xidmət rəisi, 7 mühafizəçi)  ilə təmin olunacaq. 

Nizamnamə kapitalı 4000 AZN olan "GESCO" ASC-nin qanuni təmsilşisi MURAD CAMALZADƏ FƏRRUX OĞLUdur.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Qazax filialının direktoru Arif Rüstəmovdur.скачать dle 12.1