Bia.Az

YERÜSTƏ KİMİN ƏLİ? - İTTİHAM VAR...

Fakt
 28-12-2023, 01:00     212

"Tərəqqi" medallı Anar Rzayevin rəhbərlik etdiyi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) fəaliyyət barəsindəki narazılıqlar günü-gündən "inkişaf edir" - artır. Eynilə Anar Rzayev və onun müavini Rəhman Hümmətovun şəxsi biznesləri kimi.

"DogruXeber.az" bildirir ki, hər gün sosial şəbəkələrdə vətəndaşlar dayanacaqlarda saatlarla marşrut avtobusu gözlədiklərindən gileylənirlər, avtobus gələn kimi də soyuqda gözləməkdən səbr kasaları dolan, işə gecikən vətəndaşların bəzən fiziki, bəzən söz hücumuna məruz qalan sürücülər də "daha bu çörək qazanmaq deyil" deyib, avtobusu yolda saxlayıb, çıxıb gedirlər. Bəli, bu kimi hadisələr də son günlər tez-tez yaşanır. Əslində isə təyin edilən intervala görə, sürücü məsuliyyət daşımır. Bunu təyin edən əgər nəqliyyat şirkətləri özləridirsə, o zaman buna nəzarət etməli olan məsul qurum AYNA-nin başı hansı vacib işlərə qarışıb.

Yeri gəlmişkən, yuxarıda "özəl nəqliyyat şirkətləri" ifadəsini işlətdik, amma bu özəllərin də sahiblərinin sıradan sahibkar olmadığı gerçəyi də heç kimə sirr deyil.
Bu barədə növbəti yazılarımızda...

Onu da qeyd edək ki, şikayətçi vətəndaşların sözlərinə görə bu kimi hallar gediş haqqının artırılmasından sonra yaranıb və hər gün də eyni qaydada davam edir. Hətta, onların sözlərinə görə Nəqliyyat Agentliyinin qaynar xətt xidmətinə də bu barədə dəfələrlə müraciətləri olub, amma...

"Amma"dan sonrası Anar Rzayevin rəhbərliyi altında fəaliyyət göstərən qurumun (AYNA) üzərinə düşür. Lakin, görünür Qubada daş karxanası, müxtəlif yerlərdə iaşə obyektləri, Bakıda 60 menzili, Novxanıda malikanəsi, Sədərək Ticarət Mərkəzində biznes əlaqələri və sair ilə yerli saytlarda özünəməxsus yer Anar Rzayev bu qədər problemləri görməzdən gəlir.

Yeri gəlmişkən, biznes siyahısı bunlarla bitməyən Anar Rzayevin öz müavini Rəhman Hümmətovla əlbir olaraq, yaratdığı ciddi narazılıqlar xatırlayırsınızsa bir müddət əvvəl "TİR" sürücülərinin etirazlarına və bir gecəlik Heydər Əliyev prospektini bağlamalarına səbəb olmuşdu. Doğrudur, o zamanlar cəzalandırılan da elə haqsızlığa etiraz edən sürücülər olsa da, "cümhuriyyət.az"ın araşdırmasına görə, rəhbər-müavin cütlüyünün bəzi şirkətlərinin tələm-tələsik ləğv edilməsinə də səbəb olub.

İxtisaslı kadrları işdən çıxarıb, onların yerini qohum-əqrəbadakı keçmiş əmək və nəğmə müəllimləri əvəzlədiyi deyilən Anar Rzayev görünür hələ təltif olunduğu "Tərəqqi" medalından sonra, öz üzərində daha da məsuliyyətlə çalışaraq, şəxsi bizneslərini və qohumlarının yaşayış təminatını inkişaf etdirməyə başlayıb.
Hər halda barəsində yerli mətbuatda dərc edilən geniş, araşdırma məlumatlar belə deməyə əsas verir.

Amma, barəsində yayımlanan bu qədər tənqidi materiallar hörmətli sədrin "yoqa diqqətini" dağıtmağa belə təsir etməyib.

Cəbrayıl rayonunun icra hakimiyyətinin başçısı Kamal Həsənov kimi, Anar müəllim də bu qədər narazılıqların ona aidiyyatı yoxmuş kimi öz sərbəst fəaliyyətini davam etdirir.

Onsuzda mane olan yoxdur...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.//DogruXeber.azскачать dle 12.1