Bia.Az

“KRİSTAL ABŞERON”A İTTİHAMLAR YAĞDI: “PARK YASAMAL” BİNASI DA ƏYRİDİR? – FOTO

Fakt
 21-12-2023, 21:43     313

“Kristal Abşeron” tikinti şirkəti indi də “Park Yasamal” layihəsini bəh-bəhlə reklam etdirir. Ölkə KİV-lərində layihənin piarı elə aparılır ki, bilməyənlər yaponların, yaxud almanların proyekti kimi qəbul edəcək. Amma şirkətin sosial media səhifəsində paylaşımlarına verilən reaksiyalardan, yazılan şərhlərdən görünür ki, vətəndaşlarımız heç də avam deyil. Misal üçün oxuculara da təqdim etdiyimiz şərhlərdən birində qeyd olunub ki, bina əyridir. Başqa biri yazıb ki, “bəsdirin keyfiyyətsiz binaları reklam etdiniz… Heç 5 bal zəlzələyə dözümü yoxdur. Ancaq camaatı soymağı bilirsiniz”

Maraqlıdır ki, “Kristal Abşeron” şirkətinin layihələrinə bir inamsızlıq hökm sürür. Xüsusən də “Park Yasamal” layihəsi haqda bu iddialar səslənir.
”Yeni Gundem” bildirir ki, bu da səbəbsiz deyil. Çünki şirkətin bundan əvvəl “Qobu Park-2” layihəsində bina əyilmişdi. Ona görə “Park Yasamal” haqda oxşar fikirlər səslənir. Üstəlik, mənzillərin qiyməti dodaq uçuqladır. Xatırladaq ki, Kristal Abşeron” tikinti şirkətinin Lökbatan ərazisində inşa etdiyi “Qobu Park-2” yaşayış kompleksində 17-ci bina əyilib, çoxmərtəbəli binanın uçmaq təhlükəsi yaranmışdı. Millət vəkili Tahir Rzayev də aşma təhlükəsi ilə üz-üzə olan binanın sakinlərinin köçürülməsini tələb etmişdi. Deputat bildirmişdi ki, baş verəcək istənilən faciənin məsuliyyəti tikinti şirkətinin boynundadır. Odur ki, indi yenə insanlarda təşviş və narahatlıq müşahidə olunur. Hər halda şirkət vətəndaşlara bu mövzuda özü ətraflı izah verməlidir ki, cəmiyyətdə panika yaranmasın. Üstəlik, Bakıda son dövrlər zəlzələ tez-tez olur, bunu da tikinti firmaları nəzərə alaraq xalqa dürüst məlumat verməlidirlər. Şirkətin “Park Yasamal” layihəsi haqda deyilənlərə mövqeyini dərc etməyə hazırıq.


BİA.az
скачать dle 12.1