Bia.Az

Zərdabın icra başçısı Prezidenti NİYƏ ALDADIB? – YEYİNTİ İTTİHAMI…

Fakt
 23-08-2023, 16:21     686

Kənd Təsərrüfatı Nazirliyinin Zərdab DAİM-də sabiq baş məsləhətçisi Zərdab Rayonu Dəkkəoba kənd sakini Əhmədov Şəmsi Fazəddin oğlu yeni ittihamlarla çıxış edib. DİA.AZ olaraq KTN mütəxəssisinin ifşa etdiyi yeni KORRUPSİYA faktını olduğu kimi təqdim edirik:

“Kənd Təsərrüfatı Nazirliyi və Zərdab Rayon İcra Hakimiyyəti 2020 ci ildə hesabat verərək Zərdab rayonu ərazisində 2520 hektar pambıq əkildiyini və bundan 7684 ton məhsul əldə edildiyini orta məhsuldarlığın 30.5 sentner olduğu bildirmişlər.
Rəsmi statisitka bu cürdür.Amma indi məlum olub ki Kənd Təsərrüfatı Nazirliyi və Zərdab Rayon İcra Hakimiyyəti cənab Prezidentə səhv məlumat veriblər.


Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Azəraqrar MMC 2020 ci ildə 300 hektar, Aqrobaz MMC isə 310 hektar ərazidə pambıq əkinləri bəyan edərək subsidiya almış, lakin bu əkinlər rəsmi statistikada göstərilməmişdir.


Burdan da məlum olur ki məhsuldarlıq əslində 30.5 sentner yox 24.5 sentner olub.


Məncə bu məsələ ilə əlaqədar ictimaiyyətə hesabat verilməlidir ki, Zərdab RİH ölkə rəhbərliyaini niyə aldadıb….”

Məsələ ilə bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

скачать dle 12.1