Bia.Az

Bir qrup Xocasən sakini BDYP və BNA-dan Prezidentə şikayət etdi - ŞİKAYƏT/FOTO

Fakt
 27-06-2023, 11:35     687

Şikayətçilər: Bakı şəhər Binəqədi rayon Xocasən qəsəbəsində yaşayan
- Daşdəmirov Fərhad Bayram oğlu (Şəhid atası)
- Hüseynov Pərviz Əsəddin oğlu (Qazi)
- Abdurahmanov Elxan Tofiq oğlu
- Nəsrullayev Ceyhun İnqilab oğlu
- Abıyev Vidadi Razim oğlu
- Mustafayev Vüsal Aydın oğlu
- Abdurahmanov Elman Tofiq oğlu
- Məmmədov Fikrət Talıb oğlu
- Cahangirov Şubər Yağub oğlu
- Nəcəfova Müşkünaz Baxış qızı
tərəfindən
E-mail: [email protected]
Mobil: 050-323-51-74 və 070-323-51-74
Baş Dövlət Yol Polisi İdarəsindən və Bakı Nəqliyyat Agentliyindən
Cənab Prezident İlham Əliyevə
ŞİKAYƏT ƏRİZƏSİ
Hörmətli cənab Prezident!
Biz ərizəçilər, Bakı şəhər Binəqədi rayon Xocasən qəsəbəsi Həmid Sultanov
küçəsində yaşayırıq. Belə ki, Xocasən-Lökbatan yolundan işıqfordan hərbi hissəyə
qalxan yolun (Həmid Sultanov küçəsi) təqribəm 100 metrliyində dəfələrlə qəzalar
baş vermişdir. Sonuncu qəza 12 noyabr 2022-ci ildə Həmid Sultanov küçəsi 17-də
baş vermişdir. Xoşbəxtlikdən həmin zaman yolda adam olmadığına görə qəza
zamanı insan tələfatı olmamış, sadəcə olaraq maşın obyektin və yaşayıç evinin
çəpərinin bir hissəsini dağıtmışdır. Lakin bu o demək deyil ki, bir daha qəza olarsa
mütləq olaraq insan tələfatı olmayacaq. Belə ki, Həmid Sultanov küçəsində radar,
tramplin, yol nişanı və.s olmadığına görə burada avtomobillər yüksək sürətlə idarə
olunur. Belə olan halda qəzalar qaçınılmaz olur. Həmid Sultanov küçəsinin sağı da
solu da yaşayış evləridir və qadağa edici heç bir yol hərəkət nişanı belə yoxdur.
Hətta piyada səkisi belə yoxdur, yəni qapını açıb birbaşa yola çıxırsan.
Yolun sağ və sol hissəsinin yaşayış evləri olmasına baxmayaraq burada
avtomobillər 80-90 hətta 100km/saat sürətlə hərəkət edirlər. Bizim hər birimizin
evində azyaşlı və dərsə gedən uşaqlar var. Belə olan halda təbii ki, hər birimiz çox
narahat oluruq. Lakin Baş Dövlət Yol Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi
heç də narahat deyil. Hər iki qurum problemin həllini bir-birinin üzərinə “ataraq”
həll etmək istəmirlər. Belə olan halda biz vətəndaşlar nə etməliyik?
Bu məsələ ilə bağlı olaraq 28.12.2022-ci il tarixində Baş Dövlət Yol Polis
İdarəsinə müraciət etmişik və müraciətimizi yönəldiblər Binəqədi rayon Polis
İdarəsinə. Binəqədi RPİ-dən guya ki, kimlərsə gəlib baxış keçirib. Bu necə baxış
keçirməkdir ki, bundan biz ərizəçilərin heç birinin xəbəri belə yoxdur. Bunlar bizi
insan yerinə qoymur! Gəlib baxış keçirirlər, çox sağ olsunlar lakin bizimlə əlaqə
saxlayıb şikayətimizin dəqiq hansı ərazidən bəhs etdiyini öyrənməli idilər. Bu günə
qədər də həmin ərazidə heç bir tədbir görülməyib. Çünkü özləri guya gəlib baxıblar
və qərar verib gediblər. Biz şikayətçilər də qalmışıq kənarda. Bizim şikayət
etdiyimiz əraziyə baxan belə olmayıb, bu günə qədər də bu ərazidə heç bir tədbir
görülməyib.
Hörmətli cənab Prezident!
Bizim artıq bir əlacımız var, yığışıb yolu kəsib etiraz etmək. Gərək burda kimsə
ölə ki, Baş Dövlət Yol Polisi İdarəsi və Bakı Nəqliyyat Agentliyi bir tədbir görə?!
Bunlar kiminsə ölməyini gözləyirlər?! Bu qədər də haqsızlıq olmaz axı. Altı aydır
şikayət edirik bizi süründürürlər. Bu işə kim baxır? Nəyə görə vəzifələrini icra
etmirlər? Nəyə görə bu qədər insanın hüquqları pozulur? Ombudsmanın Aparatına
bununla bağlı dəfələrlə şikayət ərizəsi yazmışıq zənglər etmişik lakin onlar da bu
işin öhdəsindən gələ bilmir. Nəyi gözləyirlər axı, kiminsə ölməyinimi? Sonuncu
qəzada bir insan ölsə idi necə olacaqdı?
Sizdən xahiş edirik bu məsələni həlli üçün aidiyyat qurumlara öz tapşırığınızı
verəsiniz. Çünkü altı aydan çoxdur ki, müraciətimizə Baş Dövlət Yol Polis İdarəsi
və Bakı Nəqliyyat Agentliyi baxmır və gözləyirlər ki, burda kimsə ölsün sonra
gəlib baxsınlar. Media nümayəndələrindən xahiş edirik müraciətimizi medaiada
işıqlandırılsın ki, cənab Prezidentin bu məsələdən xəbəri olsun. Müraciətimizlə
əlaqədar sənədləri məktuba əlavə edirik. Cənab Prezidentdən xahiş edirik bizə öz
köməkliyini göstərsin. Öncədən təşəkkür edirik.
İmzalar: Daşdəmirov Fərhad Bayram oğlu
Hüseynov Pərviz Əsəddin oğlu
Abdurahmanov Elxan Tofiq oğlu
Nəsrullayev Ceyhun İnqilab oğlu
Abıyev Vidadi Razim oğlu
Mustafayev Vüsal Aydın oğlu
Abdurahmanov Elman Tofiq oğlu
Məmmədov Fikrət Talıb oğlu
Cahangirov Şubər Yağub oğlu
Nəcəfova Müşkünaz Baxış qızı
Tarix: 26 iyun 2023-cü il









BİA.az
скачать dle 12.1