Bia.Az

Muxtar Babayev Masalıı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibovun qanunsuz əməllərinə niyə göz yumur?

Fakt
 4-06-2023, 23:02     648

Masalıı Regional Meşə Təsərrüfatı Mərkəzinin bir qrup işçilərinin verdiyi məlumata görə, Mərkəzə təyin olunmuş yeni direktor Nəsimi Nəsibov, burada qruplaşma yaradıb və bəzi işçiləri hədələyir.
Hətta deyilənə görə, ərizələrini aldığı bəzi işçilərdən işdə qalmaları üçün 1 000 manat pul da istəyir və işçilərdən bir neçəsi bu məbləği verib.

Ağacların cinsini belə tanımayan Nəsimi Nəsibov, keçirdiyi iclaslarda deyir ki, “Yuxarı qurumlarda mənim adamlarım var və heç kim mənə heç nə edə bilməz.” Hər dəfə keçirdiyi iclaslarda Bakıda olan şirkətlərindən danışır və deyir ki, “Mən biznes adamıyam.”
Yaxşı, meşədən xəbəri olmayan və ağacların cinsini tanımayan biznes adamının meşə təsərrüfatında nə işi var?
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində kütləvi ağac qırıntıları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidməti yoxlamalara aparılıb.
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin sabiq direktoru Mustafa Əhmədovun rəhbərliyi altında aparılan yoxlamalar biabırçılıqlarla müşaiyyət olunub.
Belə ki, Masallı rayon Qəriblər meşəbəyliyində kütləvi qırıntılarla bağlı vətəndaşların məlumatı əsasında başlanan yoxlamalar daha çox şikayətçi tərəfi zərərsizləşdirməyə yönəlib. Meşələrin İnkişafı Xidmətinin rəhbəri Cabbar Qəribovun mediaya verdiyi açıqlama da bildirilir ki, 9 aprel tarixində, gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən Qəriblər meşəbəyliyinin 8 saylı dolayında qanunsuz olaraq kəsilmiş ağacların Mersedes markalı 99 TH 576 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə daşınmasının qarşısı alınıb.
Xidmət rəisinin sözlərinə görə, ağac materialı yüklənmiş nəqliyyat vasitəsi Regional Meşə Təsərrüfatı Mərkəzinə gətirilərək boşaldılıb.
“Bununla bağlı rayon polis şöbəsinə məlumat verilib. Hazırda bu günə qədər araşdırma aparılır”.
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin həyətinə gətirilən sözügedən maşın yükü ilə bərabər yoxa çıxıb. Maşının necə və kim tərəfindən idarənin həyətindən çıxarılması qalmaqala səbəb olub…
Meşələrin İnkişafı Xidmətinin başlatdığı yoxlamalar Qəriblər meşəbəyliyinin 8 saylı dolayında aparılır. Bu meşə sahəsində isə kütləvi ağac qırıntıları qeydə alınıb. Məlumatlara görə, Qəriblər meşəbəyliyinin meşəbəyisi Tariyel Ağayev Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəbiyevlə əlbir olaraq meşələrdən merkantil məqsədləri üçün yararlanırlar.
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisindəki kütləvi qırıntılar artıq idarənin işçilərini belə narazı salıb. Şikayətçilər əvvəllər biznesmen olan və meşəçilik sahəsində ixtisas təhsili olmayan Nəsimi Nəsibovun meşələri məhv etdiyini bildirirlər. Meşələrin İnkişafı Xidmətinin rəhbəri Cabbar Qəribovdan tələb edirlər ki, Nəsimi Nəsibovun direktor olduğu müddət obyektiv şəkildə araşdırılsın…
Mərkəzdə olan etibarlı mənbəmizin verdiyi məlumata görə 2022 - ci ilin, İyul ayında Ekologiya və Təbii Sərvətlər nazirin müavini Vüqar Kərimov, Meşələrin İnkişafı Departamentinin sabiq rəisi Ağaqardaş Qaraşov, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibov və orada olan 4 - cü şəxs Bakıdakı restoranların birində görüşüblər. Ağaqardaş Qaraşov orada Nəsimi Nəsibovu Mərkəzə direktor təyin etdirmək üçün Nəsimi Nəsibovdan 80 000 manat rüşvət alıb, Vüqar Kərimova verib. Hətta Vüqar Kərimov orda Nəsimi Nəsibova deyib ki, “Bilirsən, bu yeri səndən başqa 5 nəfər istəyir və onların da 3 - ü meşəçidir, amma Ağaqardaş Qaraşov səni mənə məsləhət görür. Nəsimi Nəsibova orda bu tapşırıq verilib ki, “Sən bu məbləği və artıqlaması ilə istirahət mərkəzlərinin müqavilə, Masallıdakı sexlərə meşələrdən material satma və işçilərin ərizələrin alıb onlardan pul almaq ilə çIxaracaqsan.”
Görəsən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Masalıı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Nəsimi Nəsibovun qanunsuz əməllərinə niyə göz yumur?
P.S. Nəsimi Nəsibov 27 iyul 2022-ci ildə direktor təyin olunandan nazir Muxtar Babayev xaricdə olub. Onu Vüqar Kərimov təyin edib.
Araşdırmamız davam edir…
Qarşı tərəfi dinləməyə hazırıq.скачать dle 12.1