Bia.Az

Biləcəridə “at oynadan” məmurlar - GİLEY

Fakt
 16-05-2023, 12:03     389

Xatırladaq ki, bu yaxınlarda Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi 41-də, Dəmiryol poliklinikası ilə üzbəüz yaşayan sakinlər tərəfindən KİV-ə şikayət məktubu daxil olmuşdu. Sakinlər deyirdi ki, imkanlı şəxslər ərazini zəbt edərək, market şəbəkəsi tikir və transfarmator yerləşdirirlər. Məlumata əsasən, bu haqda İcra Hakimiyyətinə və “qaynar xətt”ə məlumat versələr də, bir nəticə əldə olunmayıbdı. Şikayətçilər bildirirdilər: “Burada market olsa, biz hansı yoldan gedib-gələcəyik? Artıq iki gündür ki, tikinti işlərinə başlayıblar. “Qaynar xətt”ə məlumat vermişik. Piyada keçidi kimi istifadə olunan yolu zəbt ediblər. Biləcərinin “kənd soveti” gəlib öz fikrini bildirdi ki, icazə verməyin, işə başlasalar tez bizə məlumat verin. Məlumat versək də gəlib baxıb, amma heç nə etmədən gediblər. Zəng vurub məlumat veririk, heç bir iş görmürlər. Qaz xətti 2 mərtəbəli evin barısının dibi ilə gedirdi. Obyektin qabaq hissəsinə düşürdü, onun da yerini dəyişdirib, yolu tam bağlayırlar. Bu işdə rüşvət böyük rol oynayır. Qaz idarəsi öz quraşdırdığı qaz xəttinin yerini dəyişir. İcra Hakimiyyəti bu qədər özbaşınalığa göz yumur…”

Bizə maraqlıdır ki, görəsən icra nümayəndəsi Namil Məmmədov niyə “ilanı Seyid Əhməd əliylə tutmağa” üstünlük verir? Özü tikintini dayandırmaq əvəzinə, “imkan verməyin, bizə məlumat verin”, deyə məsuliyyətdən yayınmağa çalışır. Yerli sakinlərin dediyinə görə onun “qara kassası” olan Osman adlı işçisi həmin obyektin sahibindən rüşvət alıb deyə bu olanlara göz yumurlar. Aktualxeber.az-ın redaksiyasına daxil olan məlumatlara görə həmin Osman nümayəndəlikdə ünvan arayışlarını 600 manata satmaqla ad çıxarıb. Namil Məmmədov özü ona şərait yaradıb ki, bütün qəsəbə ərazisindəki tikintilərdən rüşvət alsın. Deyilənə görə bu yığılan pullar birbaşa Binəqədi rayon İcra Hakimiyyətinə çatır deyə onlara “qaşın üstə gözün var deyən” yoxdu.
Qarşı tərəfi də dinləməyə hazırıq.
//aktualxeber.az//скачать dle 12.1