Bia.Az

Abdin Fərzəliyevə “QARA XƏBƏR” – QANUN LAYİHƏSİ başçının bazarınə necə “ÖLDÜRƏCƏK”?

Fakt
 24-03-2023, 12:02     244

Azərbaycanda obyektlərin tikintisi ilə bağlı tələb olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilməyəcək.

Bu, “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.Əslində qanun layihəsini icra başçılarının rüşvət bazarına son qoymaq kimi “qara xəbər” də adlandırmaq olar.

Sənədə əssən, həmin sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadıqda onlar sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından tələb olunacaq və yaxud sifarişçi tərəfindən təmin ediləcək. Tikinti obyekti sifarişçilərindən sənədlər elektron formada qəbul olunacaq. Azərbaycanda tikinti obyektinin sifarişçisindən tələb olunan sənədlərin təqdim edilməsi forması dəyişdiriləcək.
Bu, “Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, sifarişçi tikintilərin texniki-iqtisadi əsaslandırma sənədlərini elektron formada hazırlamalı və müvafiq icra hakimiyyəti orqanı ilə və əlaqədar qurumlarla razılaşdırılmasını təmin etməlidir.

Bununla da İH-lər obyekt tikintisi zamanı sahiblərinə təzyiq göstərə, onlara qarşı qeyri-rəsmi tələblər irəli sürə bilməyəcəklər. Əgər qanun layihəsi qüvvəyə minərsə, İH rəhbərlərinin “bazarı öləcək”.

Xüsusən də Abşeron İH başçısı Abdin Fərzəliyev üçün tikintidən pul qazanmaq imkanı məhdudlaşır. Çünki icra başçısı Abşeronda tikintilərdən “qaz vurub, qazan doldurur”. Fərzəliyev icra başçısı kimi fəaliyyətə başladığı ilk günlərdə sahibkarlara əngəllər törətməklə tələblərini irəli sürüb./Tribunainfo.az/скачать dle 12.1