Bia.Az

Kürdəmir Polisi Məhkəmənin qərarı ilə 2 il axtarışda olan şəxsi niyə tapmır? – DİN rəhbərliyinə ŞİKAYƏT olundu

Fakt
 2-03-2023, 12:33     33

Kürdəmir rayon Məhkəməsi Azərbaycan Respublikası MPM-nin 263-264 maddələrini  rəhbər tutaraq , qərara alıb ki, Kürdəmir rayonu Pirili kəndində qeydiyyatda olan , Kürdəmir rayon 30.12.2019 – cu il tarixli , 2 ( 041 ) -1057/2019 saylı icra sənədi üzrə borclu ,15.02.1992-ci il təvəllüdlü , Əbilov Ilyar Umudvar oğlunun ölkədən getmək hüquq məhdudlaşdırılsın .Amma bu günə kimi axtarışda olan şəxsi polis tapa bilmir.

Bu haqda Dünyanınsəsi.Az saytına Daşkəsən rayonu Əmirvar kəndində daimi yaşayan və qeydiyyatda olan, hazırda Gəncə şəhəri Avtozavod qəsəbəsində müvvəqəti yaşayan Əbilova lamiyyə Raqib qızı tərəfindən şikayət edilib.

Belə ki, Kürdəmir rayon Məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi ilə 30 dekabr 2019-cu il tarixdə Əbilova lamiyyə Raqib qızı ilə cavabdeh Əbilov ilyar Umudvar oğlu arasında 13 noyabr2018-ci il tarixdə bağlanmış olan nigahın pozulması haqqında qətnamə qət edilib.Həm də 30 dekabr 2019 – cu il tarixdən başlayaraq cavabeh Əbilov İlyar Umudvar oğlundan her ay uşağa görə sabit pul məbləğində 100 manat olmaqla , comi 200 ( iki yüz ) manat aliment tutularaq iddiaçı Əbilova Lamiyyə Raqib qızına ödənilməsi öhdəliyini qoyub.Məhkəmənin çıxarmış olduğu qərardan 3 il ötməsinə baxmayaraq bu günə kimi cavabdeh İddiaçıya bir manat olsun belə alment ödəməyib.Guya ki,nə İcraçılar nə də ki Polis bu cavabdeh “qoçağı” tapa bilmirlər.

 
Ancaq bundan sonrası göydə Allahın, yerdə xeyirxah insanların ümidinə qalıb.Bu gün 2 azyaşlı övladları ilə talehin ümidinə buraxılmış ananın indi bu köməyə çox ehtiyacı var.
Sonda şikayətçi ANA mətbuat vasitəsi ilə DİN rəhbərliyindən axtarışda olan cabadehin tapılaraq üzə çıxmasına aidiyyatı üzrə qanunamüvafiq formada göstəriş verməsini xahiş edir.
Redaksiya olaraq şikayətçinin səsləndirdiyi faktlarla bağlı Kürdəmir rayon İcra və probasiya şöbəsinin əməkdaşı Şirmalıyev Məhərrəm adlı əməkdaşla da söhbətləşdik.O da bildirdi ki, cavabdeh haqqında polisə axtarış məktubu vermişik amma onu tutub gətirmirlər.
Həmin AUDİO SƏS yazısını təqdim edirik:
скачать dle 12.1