Bia.Az

Kənd bələdiyyə sədrinin "YEZİD ZÜLMÜ" - 3 nömrəli Aşagi Tala məktəbində 600 nəfər şagird soyuqdan donur

Fakt
 23-02-2023, 10:02     280

Zaqatala rayon Ramiz Şabanov adına 3 nömrəli Aşagi Tala kənd tam orta mektebi necə deyərlər Nuhu taxtda görüb, Süleymanı qundaqda. Məktəbin köhnə, təmirsiz olması bir yana, qışın bu oglan vaxtında məktəb hec nəylə isidilmir. Yəni məktəbin isdilik sisdemi olsada işləmir. Səbəbi  adamı dəhşətə gətirir. Kəndin bələdiyyə sədri Vuqar Abdurahmanov o qədər harınlayıb ki, div kimi kəsib suyun agzını, suyu bala-bala satıb pul qazanır. Kəndin 600 colma-cocugu isə qışın bu soyugunda siniflərdə əsə-əsə qalb. Bu cocuqların günahı nə Vüqar əkə! Yazıq valideynləri qalıb xəstəxananın yolunda. Davamlı şikayətləri isə hec bir dovlət qurumu eşitmir. Kar olub qulaqları. Elə bil uşaqların qəstinə durublar. Zakatalada bir dövlət yetkilisi tapılmır ki, yapışsın bu div Vüqarın yaxasından, itələyib "xosunboy" eləsin suyun agzından. 600 şagirdin,  50-60 müəllimin, valideyinlərin canı qurtarsın bu əzazil divin əlindən. 

Məktəbin direktoru İlham məllim deyir ki, biz burda susuz, istiliksiz qalmişiq."Katelni"ni işlətməkdən ötrü su olmaldi. Su quyusu məktəbimizin yanında olsa da "katelni"yə su verilmir. Bütün vaideynlər şikayət edir ki, bu nə haldir. Artiq vaildeynlərin suallarına bir məllim kimi, həm də bir valideyin olaraq cavab verə bilmirəm. Bələdiyyə sədiri Vuqar Adurahmanov məktəbə su vermir ki, vermir. Soruşdum ki, məkdəbin həyətində olan bu artizan su quyusuna kim cavabdehdi. Direktor dedi ki, kənd bələdiyəsi. Öyrəndim ki, bu artezian quyuları bələdiyyə sədrinin "cötək agacı"dır, yay da, qış da bala-bala satır, dədəsinin malı kimi... Müftə hec kimə bir qurtum da su verməz. Ona görə də bu "yezidin" əlindən məktəbin 600 nəfərdən cox şagirdi zülm cəkir. Xatırladım ki, bu sətirlərin müəllifinin iki övladı da bu 600 nəfərin icərisindədir.

ARDI VAR...

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. 

Vuqar Rəcəboglu,
Qanunpress.com.azскачать dle 12.1