Muxtar Babayevin AĞACYEYƏN ORDUSU İŞ BAŞINDADIR...

Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində kütləvi ağac qırıntıları qeydə alınıb.
BİA.AZ AzToday.az-a istinadla xəbər verir ki, bu barədə bloger Məhəmməd Adiyev görüntülər paylaşıb.
Yardımlı rayonunun 2 saylı meşəbəyliyinin 3 saylı dolayı, Göytəpə meşəbəyliyinin 14 saylı dolayında kütləvi qırıntılar var. Bu baxmayaraq, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi kütləvi ağac qırıntılarını ört-basdır etməyə çalışır.
Qırıntıların görüntülərini təqdim edirik: