Bia.Az

Fərhan Əliyevin TİKİNTİ MONOPOLİYASI... - İTTİHAM VAR!

Fakt
 24-01-2023, 11:46     280

Məlum olduğu kimi, dövlət başçısının Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması, sonradan isə əlahiddə olaraq bu işlərin davam etdirilməsi haqqında sərəncamlarına əsasən, bu məqsədlə Təhsil Nazirliyinə on milyonlarla manat vəsait ayrılmışdır.

Lakin Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən “respublika ərazisində modul tipli məktəblərin quraşdırılması işlərinə dair” təkliflər sorğusu proseduru üzrə elanlar verilsə də, profili uyğun gələn sahibkarlıq fəaliyyəti ilə məşğul olan heç də bütün hüquqi şəxslər satınalma prosedurlarında iştirak edə bilməmiş, bu məqsədlə tender komissiyasına edilən müraciətlərin heç də hamısına baxılmamışdır. Hətta müsabiqələrdə iştirak etmək istəyi cavablandırılmayan bəzi şəxslər məsələni məhkəmə müstəvisində də mübahisələndirmişlər. Hətta olub ki, iddialı namizədlərə maneə yaratmaq üçün şərtlər daha da sərtləşdirilmişdir. Xidmət göstərmək və qazanc əldə etmək hüququndan məhrum edilmiş sahibkarlar arasında elələri olmuşdur ki, modul tipli məktəblərin quraşdırılmasını qiymətləndirmək məqsədi ilə saytda göstərilən ərazilərdəki məktəblərə baxış keçirmiş və aşkar etmişlər ki, satınalma oyunu başlamamış məktəblərin bəziləri 50%, bəziləri isə 70%-i quraşdırılmışdır. İş adamları haqlı olaraq qeyd edirlər ki, heç bir sahibkar satınalmada qalib olmamış, müqavilə bağlamamış öz vəsaiti hesabına bu işləri heç bir vaxt görməzdi. Təxmin olunur ki, bu işlər Təhsil Nazirliyinin təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəis müavini Fərhan Əliyevin qohumlarının və “centlmen sövdələşməsi” apardıqları digər şəxslərin adlarına təsis edilmiş müəssisələr tərəfindən qeyri-qanuni yollarla, qeyri-leqal işçiləri əməyə cəlb etməklə və nəğd hesablaşmalar üsulu ilə aparılmışdır (Az öncə rəis vəzifəsinə təyin olunan Valeh Mirzalıyevin adı sələflərindən fərqli olaraq hələ ki, neqativ hallanmır). Qanunsuzluqlardan şikayət edən sahibkarlara hətta rüşvət kimi xırda-para təmir işlərinin təklif olunduğu barədə də söhbətlər dolaşmaqdadır. Aydın məsələdir ki, idarə rəhbərliyinin və tender komissiyasının burada marağı qiymətlərin dəfələrlə şişirdiləcəyi qabaqcadan bəlli işlərin artıq qalan pulunun qalib gələcəyi qabaqcadan bəlli şirkət sahibləri ilə bölüşdürülməsidir. Məktəblərin quraşdırılmasında istifadə edilən materiallar çox ucuz və keyfiyyətsizdir.

«Dəryaz»-a daxil olan məlumata görə Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsində təkcə modul tipli məktəblərin quraşdırılması deyil, digər əsaslı və cari təmir işləri, mövcud məktəblərə əlavə korpusların tikilməsi də belə həll olunur. Çünki İdarə rəhbərliyinin məqsədi həqiqi real dövlət satınalması keçirtmək yox, gözdən pərdə asaraq işləri öz müəsisələrinə ötürməkdir. Buna inanmayanlar arşdırıb müəyyən etsinlər ki, Fərhan Əliyev Mərdəkan qəsəbəsində milyonluq villaya, paytaxtın Nərimanov və Xətai rayonlarında bahalı evlərə hansı maaşla yiyələnib.

Mövzuya qayıdacağıq.



Deryaz.az
скачать dle 12.1