`Naxçıvan Gestaposu`nun baş cəlladı Mahir Hümbətov kimdir?
""Müftə Reklam" rubrikasının bugünkü qəhrəmanı - Naxçıvan Gestaposunun baş cəlladı Mahir Hümbətov kimdir?" DİA.AZ bildirir ki, bu paylaşımla tanınmış jurnalist Heydər Oğuz çıxış edib. Onu da bildirək ki, son günlər Naxçıvanda baş verən olayların fonunda H.Oğuz ciddi qəbul olunan qaynağa çevrilib ki, bunu da həmkarımız səhih informasiyaları ilə haqq etməkdədir.
Beləliklə dia.az olaraq jurnalistin növbəti materialını təqdim edirik: "Məlum olduğu kimi, Naxçıvanlı iş adam Razi Orucovun atası İlyas bəy redaksiyamıza verdiyi açıqlamasında oğlunun 22 gün istintaq tədricxanasında saxlanılaraq Seymur Talıbovun sürücüsü Həsən Əhmədov və Mahir adlı təcridxana rəisi tərəfindən vəşhicəsinə döyüldüyünü iddia etmişdi.
Həsən Əhmədovu az-çox tanıyırsınız. Sürücülükdən əlavə Seymurun şilləvuranı olan bu şəxs həm də Ordubad rayon Polis Şöbəsinin Biləv kəndi üzrə sahə inspektorudur. Həyatında bir dəfə polis paltarı geyməməsinə və yəqin ki, Biləv kəndini düz-əməlli tanımamasına baxmayaraq, Ordubad polisləri arasında ən yaxşı maaş alması ilə tanınır.
Farslar demiş, xeyli xub. Bəs Mahir adlı təcridxana rəisi kimdir?
"Qara pişiy"in dediyinə görə, Mahir adlı bu şəxsin familiyası Hümbətovdur. O, Naxçıvanın İstintaq Təcridxanasının rəisi vəzifəsində çalışır.
Mahir Hümbətovu o vəzifəyə Cahan Holdinqin rəhbəri, el arasında "Siqaret" Vüqar kimi tanınan Vüqar Abbasovun qayni, Ədliyyə naziri Daşqın Rəhimov təyin edib. "Həftəbecər general" ləqəbi ilə məşhur olan Daşqın Rəhimovun qohumu və dostudur.
Naxçıvan Gestaposunun gilyotini sayılan Mahir Humbətov təsridxanaya salınan qurbanları döymək, söymək, ən müxtəlif işgəncələrə məruz qoymaq bacarığı ilə ad çıxarıb".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...