Bia.Az

Əli Əsədovun qudasından şikayətlər artır... - GƏLİŞMƏ

Fakt
 9-04-2020, 13:16     552

Əli Əsədovun qudasından şikayətlər artır... - GƏLİŞMƏSamux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev haqqında həmin rayonun vətəndaşlarından redaksiyamıza onlarla şikayət daxil olmuşdur. Nəzərə alsaq ki, icra başçısı rəhbəri olduğu rayonun sakinlərinin problemləriylə yaxından maraqlanmalıdır, Samux rayonunda isə şikayətlərə əsasən deyə bilərik ki, bunun tam əksi baş verir. Hazırda bütün dünyanın və eləcə də Azərbaycanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir dönəmdə Alıq Qocayev rəhbəri olduğu rayonda nəinki sakinlərə sahiblənir, əksinə onlarla demək olar ki, maraqlanmır. Bu barədə axin.az-a ünvanlanan müraciətdə deyilir.

Müraciət müəllifləri yazırlar: "Alı Qocayev əslində biz samuxlulara sanki cəza olaraq göndərilib. Başqa rayonlarla bağlı xəbərləri eşidirk. Amma bizdə tamam fərqlidir. Nənki koronavirusla bağlı hansısa dövlət qayğısı göstərilmir, əksinə, Alı Qocayev bu pandemiyanı bəhanə edərək yerli sakinlərə qarşı daha da sərt addımlar atır. Obyektlər bağlanıb. Hansılar ki, icra başçısına haqq verməkdən imtina ediblər. Amma başçının özünün obyektləri hamısı işləyir. Kimsə də söz deyə bilmir, səsini çıxarmağa cürət etmir".

axin.az xatırladır ki, Alı Qocayev Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qudasıdır və onunla bağlı bu günlərdə yayılan informasiyada qeyd olunurdu ki, keçmiş spikerin ardından Alı Qocayevin də vəzifəsindən alınması nəzərdə tutulub.

İddia olunanlarla bağlı axin.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...скачать dle 12.1