Bia.Az

Həbsdəki jurnalistin HAQQI TAPDANIR... - "Dustaq adam deyilmi?"

Fakt
 16-11-2022, 13:07     253

Azadlıqda olarkən vətəndaşların sosial problemlərini qabardan və elə əslində məhz bu səbəbdən müəyyən dairələrin açıq hədəfinə çevrilən televiziya jurnalisti Sənan Həsənovun bu gün özünün köməyə ehtiyacı var. DİA.AZ bildirir ki, bu barədə jurnalist şəxsən müraciət edib və onun şikayəti Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən və Əmək və Əhalinin Sosial Müdadfiəsi Naziri Sahil Babayevdəndir. Bir daha xatırladaq ki, zamanında Sənan Həsənov vətəndaşların Sahil Babayevə yönəlik gileylərini işıqlandırması ilə diqqət mərkəzində idi.

 Həbsdəki jurnalist hazırda Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsində saxlanıldığını deyir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraaciətlərinin absurd şəkildə imtina edildiyini bildirən Abdullayev Sənan Həsən oğlu DİA.AZ-a açıqlamasında qeyd edir ki, 25 oktyabrda Penitensiar Xidmətin Mərkəzi Müalicə Müəssisəsinin həkimləri tərəfindən onun müraciəti sistemə vurulub: "Gözümdə yaranmış problemlə bağlı müraciət etdim. Bir gün sonra, yəni oktyabrın 26-da "sistem xətası var" deyərək cavab gəldi və yenidən müraciətim vuruldu sistemə. Amma yenə də qəbul olunmayıb. PX-dən vurulan bütün məhbus müraciətlərinə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən eyni cavab verilir ki, SİSTEM XƏTASIDIR..."

“Mənim gözlərim tutulub, ailəmə baxan yoxdur. Heç olmasa, haqqım olan əlliliyimi alım, ailəmə bir faydam toxunsun dövlət qayğısı səbəbindən..." deyən məhbus jurnalist dia.az vasitəsilə ölkə rəhbərliyinə də müraciət edir:

"Dustaq adam deyilmi? Dustaq Azərbaycan vətəndaşı deyilmi? Niyə belə edirlər axı?..”

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
скачать dle 12.1