Bia.Az

Göyçayda SUVARMA BÖHRANI... - İTTİHAM VAR!

Fakt
 7-11-2022, 14:53     250

Göyçay rayonu Bığır kənd sakini Hümbətov Asif Atəş oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Bildidirəm k, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin rəisi Şakir Əhmədov dövlətin ayırdığı vəsaiti təyinatı üzrə xərcləmədən talan etsə də, indiyə qədər onun barəsində qanunu tədbirlər görülmür.Səbəb kimi isə Şakir Əhmədovun talançılıqla əldə etdiyi pulun bir hissəsini yuxarı orqanlara xərcləməsidir.Beləliklə Şakir Əhmədov dövlət əmlakını talamaqda öz cinayətinə özündəndə yuxarı vəzifəli şəxsləri ortaq etmişdir.


Bu ortaqlıq fonunda Şakir Əhmədov cəzasızlıqdan cinayət əməllərini davam etdirməkdədir. Nəticədə Göyçayın suvarma kanalları lildən qamışdan təmizlənmədiyi üçün kənd təsərrüfatına ciddi ziyanlar dəyir.

Şakir Əhmədov dövlət qəzetinə müsahibə verib qeyd edir ki, 6 ay ərzində 470 km uzunluğunda suvarma kanlları lildən qamışdan təmizlənib.Ancaq əslində bunlar sənədlər üzərinə yazılmış nağıllardır. 474 km kanallarda lildən təmizləmə işlərini yoxlamaq lazımdır ki, necə təmizlik aparılıb. Hər bir 1 metr kanala ən azından 1 manat xərclənəndə bu 474 000 (dörd yüz yetmiş dörd min) manat edir. Belə küllü miqdarda dövlət vəsaiti xərclənib, kanallar necə lildən təmizlənib ki, əhali yenə istifadə etməyə su tapmır.

`Hunday` markalı ekskavatorlar şəxsi işlərə cəlb edilərək hər gün Şakir Əhmədova pul qazandırlır.İdarə olunmayan avtomobillərə yanacaq yazılaraq pulu silinir.Suvarma kanallarda olan qurğuların , ekskavatorların təmiri adı ilə pullar silinir.Staj xatirinə adı işdə özləri uzaq ellərdə olan şəxslər var ki, maaş kartları Şakir Əhmədovun cibindədir.
Qarayazı beton kanalında əsaslı təmir zamanı, dəmir armaturdan istifadə edilməyib. Ancaq kanalın təmir üçün tərtib edilmiş lahiyə smetada betonlaşmada armaturdan istifadə edilməsi qeyd edilib.Bununlada Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədov dövlətin küllü miqdarda vəsaitini mənimsəmişdir.

Şakir Əhmədov talançılıq yolu ilə əldə etdiyi kapital hesabına Göyçayda 5 mənzilə, 14 obyektə sahib olub.Bütün obyektləri icarəyə verib. Bakı şəhərində, Qəbələ və İsmayıllı rayonlarında mənzillər alıb.Bahalı avtomobillər isə göz qamaşdırır.

Prezident cənab İlham Əliyevdən, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovdan və Göyçay rayon İcra Hakimiyyəti başçısı cənab Natiq Ağayevdən xahiş edirik şikayətdə qeyd edilən faktlar yerində yoxlanılsın və Şakir Əhmədovun barəsidnə ciddi tədbirlər görülsün".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
скачать dle 12.1