Bia.Az

"OKEAN Avtosalon" oğurluq maşınlar satırmış - DƏHŞƏTLİ FAKTIN İFŞASI

Fakt
 5-11-2022, 01:13     226

7NEWS.az xəbər verir ki  bu barədə zərərçəkən Elvin Hüseynzadə məlumat verib. Məluçatda deyilir: "2020-ci ilin aprel ayında Babəkprospektində yerləşən OKEAN Avtosalon - okean.az-dan 3 illik müddətə kreditlə maşın almışam, təxminən 7 aya borcu bağlamışam. Salon da mənə arayış təqdim edib ki, həqiqətən borc bağlanıb və maşını adıma keçirtməyimə etiraz etmirlər.

Maşını adıma keçirtmək üçün müxtəlif vaxtlarda salon nümayəndəsinə telefonla müraciət etsəm də, ya vaxtı olmayıb ya da başqa səbəblərdən məsələ uzanıb.

Bu ilin iyul ayında axır ki, "şeytanın qıçını qırıb" maşını mülkiyyətimə keçirtmək üçün salonun səlahiyyətli nümayəndəsi ilə "Meyvəli"də görüşdük və maşına texniki baxış keçirildi.

Bu zaman məlum oldu ki, maşının matorunun axırıncı bir neçə nömrəsi sanəye üsulu ilə yazılmayıb, oturacağın altında yerləşən ban nömrəsi əlnən qaynaq üsulu ilə dəyişdirilib və sol qapıda olan etiketin qulağı kəsik olduğu üçün etiketin dəyişdirilməsi şübhəsi yaranıb (maşın məndə olan müddətdə texniki baxışdan keçərkən bu faktların heç biri üzə çıxmayıb).

Daha sonra maşın ekspertizaya göndərildi və məlum oldu ki, maşında heç bir qəza olmayıb, sadəcə mator nömrəsi, ban nömrəsi və qapıdakı etiketə "barmaq olunub" (dostların dediyinə görə qəza olmayıbsa, bu hal yalnız maşın oğurluq olanda olur).

Maşını aldığım salon "2 ildi maşını sənə satmışam" deyib məsələyə yaxın durmur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat Şöbəsi isə bildirir ki, maşın həqiqətən məndə olan müddətdə qəzaya uğramayıb, sadəcə kimsə yuxarıdakı dəyişilikləri edib.

Yəni, uzun sözün qısası, mənə görə Okean avto salon mənə oğurluq maşın satıb. Salona görə isə mən özüm öz maşınımı aşırıb, sonra başqa maşın oğurlayıb, aşırdığım maşının ban nömrəsini oğurladığım maşına qaynaqlamışam.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşlarına görə isə vəziyyət çox kritikdir, o qədər kritikdir ki, 4 ay keçməsinə baxmayaraq proses olduğu kimi qalıb.

Bu məsələyə görə bir neçə dost dəstək olmağa çalışdı. Hər birinə təşəkkür edirəm! Təəssüf ki, dostlarımın yönəltdiyi DYP əməkdaşları top kimi məsələni bir-birilərinin üzərinə ataraq, hadisəyə "çörək" kimi baxdılar. "Çörək"ləri də bahalı olduğu üçün nə mən verə bilirəm, nə də onlar "yeyə" bilir.

Gəldiyim son nəticə budur ki, dedikləri 2500 AZN-i ödəməsəm işim bu formada, donmuş şəkildə qalacaq.

SUAL: bu keyslə məhkəməyə müraciət etsəm, qalib gəlmək şansım nə qədərdir? Və ya bu məsələni məhkəməsiz həll etmək mümkündürmü?"
скачать dle 12.1