Bia.Az

"Şahbuzda saxta oyunlarla əsgər və zabitləri yüksək məbləğdə cərimələyirlər" - İDDİA

Fakt
 2-11-2022, 11:59     224

"Naxçıvanda rabitə vasitəsini “itirdiyinə” görə 10 min manat cərimələnən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Şaiq Pənahov bayraq dirəyindən özünü yerə ataraq intihara cəhd edib".

DİA.AZ xəbər verir ki, bu iddia ilə “Gündəlik Naxçıvan”a müraciət edən onun hərbçi yoldaşları çıxış edib.


Onların sözlərinə görə, xəstəxanaya çatdırılan Pənahovun həyatını xilas etmək mümkün olub. O, hazırda hospitalda müalicə alır.
Hərbçilərin məlumatına görə, rabitə vasitəsi əslində itməyib, MAXE-dən pul qoparmaq məqsədilə oğurladılıb. O isə buna etiraz olaraq, intihara əl atıb. Hərbçilər deyib ki, bu, Şahbuz şəhərindəki N saylı hərbi hissədə ilk belə hadisə deyil:
“Rabitə vasitəsini hərbi təlim zamanı kimlərə oğurlatdıqlarını biz yaxşı bilirik. Məqsəd odur ki, Şaiq Pənahovu cərimələyib, pul qoparmaq üçün əllərində saxta əsas olsun. Ondan qurğunu alıb yerinə qoymaq üçün 10 min manat tələb edirdilər. Demişdilər ki, verməsən, xəyanət maddəsiylə cinayət işi açılacaq. O yazıq da çıxış yolunu özünü öldürməkdə görüb. Bu, bizim hərbi hissədə birinci belə hal deyil. Saxta oyunlar qurub, əsgər və zabitləri yüksək məbləğdə cərimələyirlər. Sonra məcbur edirlər ki, cərimələnən gedib kredit götürüb bunlara versin. Həmin pulu da alıb, ciblərinə qoyurlar. İndiyə kimi nahaqdan cərimələnən bir neçə hərbçi intihar edib. Bu yaxınlarda boynuna 30 min manat saxta cərimə yazılan gizir dostumuz Rəvan Babayev dərman içərək, intihar etdi. Bu cür çirkli işlərin başında birbaşa Naxçıvan qoşunlarının rəhbəri general-polkovnik Kərəm Mustafayev durur”.
Yoldaşları deyir ki, özünü dirəkdən atan 35 yaşlı Şaiq Pənahovu xidmət etdiyi hərbi hissənin zabitləri xilas edib:
“Bayraq meydanı hərbi hissənin yaxınlığındadır. Dirəyə dırmaşarkən, zabitlərdən biri təsadüfən onu görüb. O da bacardığı yerə kimi dırmaşıb, sonra özünü yerə atıb. Təcili həkim çağırılıb. Vaxtında müdaxilə onun həyatını xilas edib. Hazırda o, hərbi hospitalda müalicə olunur. Həkimlər deyir ki, artıq həyati təhlükə yoxdur”.
скачать dle 12.1