Bia.Az

Səfər Mehdiyevlə Ramiz Mehdiyevi təkcə soyad eyniliyimi birləşdirir? - İDDİA

Fakt
 7-04-2020, 10:22     482

Səfər Mehdiyevlə Ramiz Mehdiyevi təkcə soyad eyniliyimi birləşdirir? - İDDİASon günlər adı müxtəlif qalmaqallara hallanan və hətta Azərbaycan qarışıq bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir ərəfədə xəstəlikdən qoruma maləzəmələri gətirən sahibkarlkara süni əngəl yaratması ilə diqqətə gələn Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çətin günlərini yaşayır. Bu barədə bia.az-a məlumatlı mənbədən informasiya daxil olub. Ona qarşı səslənən ittihamların başında isə DGK-da yaratdığı qohum-yerli şəbəkəsi ilə bağlıdır. Hər halda, Səfər Mehdiyev elə zənn edir ki, onun bu fəaliyyəti kimsənin diqqətini cəlb etmir.

"Amma fakt odur ki, Səfər Mehdiyev bu düşüncəsində yanılır" deyən mənbə iddia edir ki, Səfər Mehdiyev əslində bir müddət əvvəl "vurulmuş" hakimiyyətiçi qruplaşmalardan biri ilə sıx bağlılığı səbəbindən mövqeləri kifayət qədər laxlamış hesab oluna bilər. Mənbənin bia.az-a söylədikləri:

"Səfər Mehdiyevin keçmiş PA rəhbəri Ramiz Mehdiyevlə sıx münasibətlərinin olması və hətta zamanında eyni iqtidardaxili qurplaşmaya aid olması hər kəsə məlumdur. Bu gün də Ramiz Mehdiyevin kadrları bir-birinin ardından sıradan çıxarılır: Əli Həsənov, Vüqar Səfərli, Nuşirəvan Məhərrəmli... Amma bu dəyişiklik, yenilənmə DGK-da nəinki hiss olunmur, hətta bu gün DGK Ramiz Mehdiyevin son qalalarından biri kimi diqqətə gəlir. Ola bilsin ki, Səfər Mehdiyev özünü şəxsən hansısa digər cinaha aid edir. Amma fakt odur ki, bu gün DGK-da müşahidə olunan yerlibazlıq və qohumbazlıq mühiti birbaşa olaraq mehdiyevçilər şəbəkəsinin işinə yaradığından DGK-nı Ramiz Mehdiyevin son qalası da hesab etmək olar".

Mənbə iddia edir ki, məhz buna görə də Səfər Mehdiyevin uzun müddətdə görəv başında qala biləcəyi gözlənilən deyil: "Onun da Vüqar Səfərli, Nuşirəvan Məhərrəmli kimi vaxtı yetişəcək..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfin də fikirlərini öyrənmək cəhdlərimiz alınmasa da, yenə də fikirlərini yaymağa hazırıq...скачать dle 12.1