Bia.Az

Naxçıvanın NEFT OLİQARXI “VURULDU”? – Vasif Talıbovun qudasıdır…

Fakt
 24-10-2022, 09:37     336

“Bu zamanadək Naxçıvanın bir neçə toxunulmazı vardı. Bunlardan biri də “Neftbaza”nın müdiri Bəhruz Əzimov idi. Əzimov öz əsrarəngiz qüdrətini “xan”la qurduğu qohumluq əlaqələrindən alırdı. “Vəliəhd xanzadə” həzrətləri Rza Talıbovun qaynatasıdır”.
Turantv.az bildirir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz paylaşım edib.

Jurnalist özəl mənbələrə istinadən daha sonra bildirir: “Soruşa bilərsiniz ki, bu adam barədə niyə keçmiş zamanda danışıram? Yox, yox, səhv qənaətə gəldiniz. Bəhruz müəllim bu gün də ayaqdadır və biz Ulu Yaradandan ona uzun ömür, can sağlığı arzulayırıq. “Dı”, “di”, “dü”, “du” şəkilçilərindən istifadə etməyimiz isə onun səlahiyyəti ilə əlaqədardır.

Bəli, bax, indi düz tapdınız. Prezident demişkən, Bəruz müəllimin “statusu” obbalara gedib. Məlumatlara inansaq, Naxçıvanda aparılan maliyyə yoxlamaları nəticəsində “Neftbaza”da ciddi kəsirlər və qeyri-qanuni fəaliyyətlər aşkara çıxarılıb, beləcə, Bəhruz Əzimovun səlahiyyətləri müvəqqəti dondurulub.


Bu müvəqqəti dondurulma yaxın günlərdə daimi hal ala bilər.


İstər “Cahan” Holdinqdə, istərsə də “Neftbaza”da aparılan yoxlamalar onu deməyə əsas verir ki, Naxçıvanda “Azərbaycanlaşdırma” siyasətinə ilk öncə Rza Talıbova bağlı qüvvələrdən başlanılıb. İddialara görə, “xanzadə” həzrətləri rəhbərlərindən olduğu Azərbaycan Respublikası Miqrasiya Xidmətinin müavini vəzifəsindən də “gedər-gəlməz” məzuniyyətinə göndərilib”.
Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq…скачать dle 12.1