Bia.Az

Şəhidlər şəhid olmaga gedirdi... - KƏRAMƏTİN yeni şeirləri

Ədəbiyyat
 30-09-2024, 02:45     1 142

ŞƏHİDLƏR ŞƏHİD OLMAĞA GEDİRDİ

bığ yeri tərləyən sütül-sütül döyüşçülərlə
qazilərin əlləri, ayaqları doğuldu yenidən
Vətən qazi olmasın,
bir qarış torpq belə şəhid olmasın,-deyə.
Qanlarımız al bayraq kimi fışqırdı göyə
Dağdan ağır ellərimiz
eldən ağır dağlarımız
əl-ələ tutub yallı getdilər.
Quş uçmaz, karvan keçməz illərdən keçdik
Sərhədlərin o üzündə qaldı göz yaşlarımız
Qocalar-qarılar əsgər oldular
Gülüşlər gətirdik
balaların dodaqlarına..

BİR DƏ DE...GÖRÜM Kİ, SƏN NƏ DEYİRSƏN

Necə yaxşı olar arxadan vursan
əlacsız çağımda atsan-unutsan.
yalandan-palandan üzümə dursan
nələrə layiqəm, mənə tanıtsan.
axırın əvvələ daşı bu işin
göz yaşı-mözyaşı tökən deyiləm
bir yoldan keçənin qoluna girib
yoluna çıxaram, "salam" deyərəm.
şahmat taxtasında dəyişir hərşey
Tövratı, incili, Quranı tapda.
bu adam cildini son dəb kimi gey
özünün-sözünün üstündən atlan.
Ərzaq dükanında kitab satılır
iki kilo ətdən baha deyilsən.
dünənki tər çiçək bugün atılır
unutdum..
           deyəsən, nəsə deyirsən.

ŞEİRİN BULVARINDA VAR-GƏL EDƏRKƏN

Havada neft, barıt qoxusu
qağayılar da qara geyinmiş
     çığırtıları bəmbəyaz
Hələ də qorxa-qorxa
sarılır biri-birinə sevgililər
hələ də dolanbac yollardan
cəngəllik baxışlardan
  keçib gəlirəm üzü üzlər görmüş yatağına.
Evlərdən-dustaqxanalardan çıxan
 dustaqlarla salamlaşıram
Şeir bulvarında gəzərkən.
Üç KƏRAMƏTlə rastlaşıram-
bir cocuq dən səpir qağayılara
biri sarmaş-dolaş bir qızla
   salxım söyüd altında
skamyada tənha bir qoca
 göyün yeddinci qatında.
Məndən öncə də kölgəm gəzmiş
Şeirin dəniz qoxulu bulvarında.
səadət fəslidi payız
Pəncəmdə balıqlar üzür
saralmış adamlar tökülür budaqlarımdan
mətbəx gülür,amma
bir qadın şərqi oxuya-oxuya
...çay dəmləyirsə
gecəni nota düzüb
yatağında buludların üstündə
sevda havasına süzüb,özün bilirsən
 
*****
Ö
 Z
  Ü
   N
    Ü GÖRMƏDƏN SEVDİM SƏNİ

..ya Günəş şüası, ya Ay işığı düşdü üzümə
quşları cəh-cəhindən sevdim,
gülləri ətrindən.
izindən tanıdım adamları,
bər-bəzəkli sözündən deyil.
amma tülkü də, aslan da ləpiriylə bilinər.
Dünyaya gəlincə qoxunu aldım
və fırlandım Yer kürəsini
zaman-məkan yolçusu oldum dönə-dönə
İsmi-pünhan,
dodaqlarım
    titrək dodaqlarına pıçıldadı
-BU SƏNSƏN.


*********

Yadından çıxmışam Yer xarabada
onunçun ürəyin bomboşdu, bomboş.
ömründə həmişə "NƏ İSƏ" çatmır
Fatehdi, şahənşah, ya da ki bomoj.
 
sən onu heç zaman tanımadın ki
sənlə bir partada oturandı O.
Bax sənin yanından yeltək ötəndi
Səni o çuxurdan qurtarandı O.
 
O elə əclaf ki, sən tanımırsan
Yola çıxaracaq..yolda qoyacaq
yanılqı üstünə hey yanılırsan
Güləcək..."TA MƏNƏ EHTİYACIN YOX".
 
*********

pliiəkənin
neçəncisi sanırsan məni, ey dili-qafil.
balıqların, delfinlərin
havaya sıçradığı yerdəyəm
11-ci mərtəbədən əl-ələ tutub intihar edəndə
biz qanad-qanada göyərçin olub uçduq
al qanımız asvaltda qızıl gül açdı...
Yer üzü bitəndə
bütün yollar, adamlar, addımlar
"SOS"- SON olanda
PİLLƏKƏNİN, YOLUN, ADAMIN
zaman burulğanında batarkən
sarılacaq BİRİyəm, sadəcə.

**************

mən ki özü-özünü unutduran adamam
hələ unutmamısan?
Elə edəcəm ki..
mənə nifrət edəcəksən..
ona-buna "pis kişidən"
allı-güllü qeybət edəcəksən..
beləcə tiraj-tiraj qovacaqsan özündən...
mən gülümsəyəcəm
qalib və məmnun-məmnun.

BİA.az
скачать dle 12.1