Orda məni dara cəkiblər... - Ədalət Qarabulud

Orda məni dara cəkiblər...
Dostum jurnalist İkram Rafiqoğluna
...Artıq bundan oyanı yox...
Bu şəhər böyük...
Və bu şəhərdə
hamımız bölük-bölük...
Bu şəhərin bu başında
HAQQ SÖZÜ çarmıxa çəkirlər
Hirsimi-hikkəmi
ayağımın altındakı
asfalta kömmüşəm,
Elə o Dar ağacının yanında
Həzrəti İsaya dönmüşəm...
xxx
Adam kimsən axı,
məni Dar ağacına aparan!
Mənim sucum nə?!
SUSMAQMI?
Nə dəhşət!!!
Sən hec
mən susum,
o sussun...
Dar ağacının nə vecinə
indi ipi çəkib HAQQ SÖZ
əbədi susdurulacaqca...
Çəkiləcəksə
Allaha da ölüm ütüsü,
Məhşər günü
dünyanı boğacaq günah tüstüsü...
Eh, tüpürüm belə rüzgara...
Orda mən ənəl-həqqəm, uluyam
Orada mən Dar ağacının quluyam...
xxx
Allahım, şükür dərgahına,
kimə edək biət!
Ölüm nə gözəl şey,
ölüm nə gözəl axirət!!!
Amma bir az dur və usan!
Elə bilirsən çan almaq,
ruhu susdurmaq
belə asan?!
İndi sənə
xoş gördük, deyirəm
Ancaq sabah
zülmətlər boğulacaq
ölümü öldürdüyümüz gün
doğulacaq...
Buna agah ol, Dar ağacı!
Sən də eşit alihəzrət!
Bilirəm, bu səfər də
qurduğun mərəkə
kimisə bitirəcək...
Ancaq
ölənə ŞƏRƏF
öldürənə NİFRƏT gətirəcək!!!
27 mart 2021-ci il.
BİA.az