Bia.Az

Süfrəmdə ən tünd şərabsan... - Ədalət Qarabuludun şeirləri

Ədəbiyyat
 26-08-2024, 00:24     793

...

...mən səndə seyr etdim,
dənizlərin ən mavisini...
mən səndə qoxuladım,
cıcəklərin ən solmazını...
mən səndə dadım
məhəbbətin ən şirinini...
sən gözümdə işıq,
könlümdə əzabsan...
süfrəmdə
ən tünd şərabsan...

...

...öz icini yeyə-yeyə
acıyırdı elə...
göz yaşını icə-icə
sussayırdı elə...
görənlər deyirdi
yazıqdır, fagırdır,
dəli deyən də oldu,
hayan duran olmadı...
öz icini yeyə-yeyə
göz yaşını icə-icə 
bir gün öldü...
axır ki, böşının üsdə
Allahı güldü...

...

...harda uşaq görsəm,
əlində yalancı tüfəng,
"dava-dava" oynayan
qəmlənirəm mən
aglada-aglada olsada
alıram
yalancı tüfəngləri
əllərindən
sonra ovuc-ovuc
nögul paylayıram...

Ədalət Qarabulud.скачать dle 12.1