Ölüm həyat ünüdür... - Fəxrəddin Orxanın şeirləri

FƏXRƏDDİN ORXAN 1956-cı il dekabrın 30-da Şamaxı rayonunda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
1980-ci illərdə Şamaxı rayon radio qovşağında işləyib, müstəqillik dövründə bir müddət "Şirvan" ("Yeni Şirvan") qəzetininin baş redaktoru olub.
Şeirlərilə yanaşı publsistik yazıları da yerli və ölkə mətbuatında çap olunub. Müxtəlif qəzetlərin bölgə müxbiri işləyib. 4 apreli 2018-ci ildə vəfat edib.
Ölümündən sonra kitabı nəşr olunub.
Allah rəhmət eləsin.
1980-ci illərdə Şamaxı rayon radio qovşağında işləyib, müstəqillik dövründə bir müddət "Şirvan" ("Yeni Şirvan") qəzetininin baş redaktoru olub.
Şeirlərilə yanaşı publsistik yazıları da yerli və ölkə mətbuatında çap olunub. Müxtəlif qəzetlərin bölgə müxbiri işləyib. 4 apreli 2018-ci ildə vəfat edib.
Ölümündən sonra kitabı nəşr olunub.
Allah rəhmət eləsin.
Səmadan endi dəvət,
"-Gəl,"-deyir,
Gəlləm əvət.
Mövlam verir ziyafət,
Bu yol hara aparır?
Yatıb gördüm röyamı,
Sel uçurtdu qayamı.
Günəşəmmi, Ayammı-
Bu yol hara aparır?
Söhbət bir candan gedir,
Ruh uçur, zindan gedir.
Oxdur - kamandan gedir,
Bu yol hara aparır?
Bu bir dünya düzümü,
Yola sallam özümü.
Kim bulacaq izimi-
Bu yol hara aparır?
Ölüm həyat ünüdür,
Tam kainat dinidir.
Təzə doğum günüdür? -
Bu yol hara aparır?
Əqrəblər qaçır...
İndi saatla da tutmur söhbətim,
Üzünə baxdımmı -- əl-ayaq açır.
Bilməzmi dünyada bitir möhlətim...
Bəlkə də kövrəlib o məndən qaçır.
Qaçır göz yaşını görməyir deyə,
Uzaqdan yaylığı sındırır məni.
Fələyin Əqrəbi yol açır göyə,
Yerdəki əqrəblər yandırır məni.
Biri yol dəyişir, biri göz yumur,
Güya ürəyində iş ölçüb-biçir.
Biri günahını sözlə də yumur
Sanki köhnə qəbrin yanından keçir.
Bu qədər qorxulu azar nə pismiş...
Saniyəölçən də dözmür, tablamır.
Yaxşı ki əhdini zəhərlə kəsmiş
Əqrəblər dünyada vaxt hesablamır.
Yol üstünə aşan çinar
Sən ulu çinardın, dədə çınardın -
Hər əsən küləyə heç uçunuradın?!
Çətin əyilərdin, çətin sınardın,
İçindən gəmrilib yeyilməsəydin.
Ağacı içindən qurdu - gəmirər,
Adamı içindən dərdi - gəmirər.
İçindən su çəkən qoca gəmilər,
Bu səfər ən uzun səfər olacaq.
İçindən satılar alınmaz qala,
"Əvvəl evi içi" - deyən düz deyib.
Dünyanın içində ölüm az qala,
Dünyanın özünə neçə söz deyib -
Neytron dilində, raket dilində,
Dövlət xadiminin sakit dilində.
İçindən böyüyür insan bəlası
Ehtiras adıyla, ağıl adıyla.
Cahan döyüşündə İnsan-qalası
Olsun ki dağıldı iç fəryadıyla.
İnsanı içindən ağıl gəmirər,
Dünyanı içindən insan kəlləsi.
Zaman asta-asta qəlyan sümürər,
Kiməsə dəyəcək yenə silləsi.
Sən ulu çinardın, dədə çınardın -
Hər əsən küləyə heç uçunuradın?!
Çətin əyilərdin, çətin sınardın,
İçindən gəmrilib yeyilməsəydin.
Fəxrəddin ORXAN