Hamilə qadındı gecə... - Ədalət QARABULUD

Hamilə qadındı gecə...
...hamilə qadındı gecə
qızarıb yanağı,
bir ulu ağrıdan
gərilib qolları
doğum evində...
körpəsinin hənirini duya-duya
boylanır-baylanır
iynənin ucu boyda ulu bir işıga...
bir azdan
həzin bir rahatlıq,
dupduru bir baxış,
Tanrının üzü kimi bir yaraşıq
qonacaq sifətinə
acılacaq yerin-göyün sübh çağı-
xanım-xatın ana
qucağında da yeni doğulan çağa...
Xoş gəldin yeni günüm -
Bir gün də artdı ömrüm...
Ədalət QARABULUD