Fatimə Səhhətqızı: "Qaçıb bu dünyanın yalanlarından..."

Rzayeva Fatimə Səhhətqızı 29 avgust 1996-cı ildə Salyan rayonu Sarvan kəndində anadan olub.
2013-cü ildə Salyan rayonu Sarvan kəndi İ. Həsənov adına tam orta məktəbi bitirib.
2020-ci ildə Şirvan dövlət Humanitar və İqtisadiyyat kollecini bitirib.
Şeirləri müxtəlif almanaxlarda nəşr olunub.
2013-cü ildə Salyan rayonu Sarvan kəndi İ. Həsənov adına tam orta məktəbi bitirib.
2020-ci ildə Şirvan dövlət Humanitar və İqtisadiyyat kollecini bitirib.
Şeirləri müxtəlif almanaxlarda nəşr olunub.
Gedəcəm...
Bu tənha şəhərdən, soyuq küçədən
Sənli günlərimi silib, gedəcəm...
Son dəfə səninlə gəlib üz-üzə
Gözümü gözündən süzüb gedəcəm...
Keçdiyin küçəyə, yad kafelərə
Solmuş çiçəkləri düzüb gedəcəm...
Məni xatırladan bir şeir ilə
Səni bilə-bilə üzüb gedəcəm...
Yediyim, içdiyim olsa da zəhər
Mənə dar gəlsədə bu sənsiz şəhər.
Vurduğun yaranı sarıb birtəhər,
Hicrana, həsrətə dözüb gedəcəm...
Gecələr gizlicə soraqlayaraq,
Sənli günlərimi varaqlayaraq,
Şəklini öpərək qucaqlayaraq,
Bu qoca dünyadan köçüb gedəcəm...
Onunçün ayrılıq bizə qənimdi
Çıxardıq seyrinə günəş batanda
Sakit gecələrə sığınardım mən
Xəyalın yuxuma yuxu qatanda
Biz ayrı evlərin pəncərəsindən
Boylanıb yollara baxırıq gecə
Hamı sual edir necəsən deyir?
İndi nə haldayıq necəyik necə?
O vaxt gülümsəyən bəyaz buludlar
İndi nə sənindi nə də mənimdi
Xətrinə dəymişik bu məhəbbətin
Onunçün ayrılıq bizə qənimdi
Ürəyimdə məhəbbət baltalanıb...
Adi gördük hər dalğasın, ləpəsin
Dinləmədik haray çəkən dənizi
İllər ötdü dərd, qəmimiz çoxaldı
Dilə gəldi saçlarımda dən izi
Danışmayın məhəbbətdən sevgidən
Ümidlərim xəyallarım talanıb
Dilbilməzin vəfasızın əliylə
Ürəyimdə məhəbbət baltalanıb
Hər dərdi dərd bildik, ürəyə, şair
Sevgiyə yalana həyata dair
Yaxşılar hər zaman zülüm önündə
Bəs niyə yamanlar ucadı şair?
Yığılıb canıma kədəri qəmi
Qəlbimdə əriyir həsrətin şəmi
Deyirlər zamandı dərdin məlhəmi
Hanı dərdimizin dərmanı şair?
Çox ürəyin dumanı var çəni var
Qara saçda işıq saçan dəni var
Bu dünyanın gələni gedəni var
Hər dərdi dərd bildik ürəyə Şair
Unutmağı öyrənəcəyəm özüm...
Adi gördük hər dalğasın, ləpəsin
Dinləmədik haray çəkən dənizi
İllər ötdü dərd, qəmimiz çoxaldı
Dilə gəldi saçlarımda dən izi
Danışmayın məhəbbətdən sevgidən
Ümidlərim xəyallarım talanıb
Dilbilməzin vəfasızın əliylə
Ürəyimdə məhəbbət baltalanıb
Ayrılığın nə kədəri nə dərdi?
Mənim eşqim qoca dünya qədərdi
Çırpınmağım, ağlamağım, küsməyim
Vəfasızca gərəksizdi, hədərdi
Unutmaram! Unutmaram! Əzizim
Ağladığım hər saniyə hər anı
Küləklidi, buludludu, soyuqdur
Tənha qəlbin sığındığı ünvanı
Aciz bilib etmə məni təsəlli!
Buda mənim söyləyəcək son sözüm
Nifrətidə sən öyrətmisən mənə
Unutmağı öyrənəcəyəm özüm!
Unutmağı öyrənəcəyəm
Ayrılığın nə kədəri nə dərdi?
Mənim eşqim qoca dünya qədərdi
Çırpınmağım, ağlamağım, küsməyim
Vəfasızca gərəksizdi, hədərdi
Unutmaram! Unutmaram! Əzizim
Ağladığım hər saniyə hər anı
Küləklidi, buludludu, soyuqdur
Tənha qəlbin sığındığı ünvanı
Aciz bilib etmə məni təsəlli!
Buda mənim söyləyəcək son sözüm
Nifrətidə sən öyrətmisən mənə
Unutmağı öyrənəcəyəm özüm!
Mənim eşqim qoca dünya qədərdi
Çırpınmağım, ağlamağım, küsməyim
Vəfasızca gərəksizdi, hədərdi
Unutmaram! Unutmaram! Əzizim
Ağladığım hər saniyə hər anı
Küləklidi, buludludu, soyuqdur
Tənha qəlbin sığındığı ünvanı
Aciz bilib etmə məni təsəlli!
Buda mənim söyləyəcək son sözüm
Nifrətidə sən öyrətmisən mənə
Unutmağı öyrənəcəyəm özüm!
Hər dərdi dərd bildik ürəyə şair
Sevgiyə yalana həyata dair
Yaxşılar hər zaman zülüm önündə
Bəs niyə yamanlar ucadı şair?
Yığılıb canıma kədəri qəmi
Qəlbimdə əriyir həsrətin şəmi
Deyirlər zamandı dərdin məlhəmi
Hanı dərdimizin dərmanı şair?
Çox ürəyin dumanı var çəni var
Qara saçda işıq saçan dəni var
Bu dünyanın gələni gedəni var
Hər dərdi dərd bildik ürəyə Şair
Dinləmədik...
Adi gördük hər dalğasın, ləpəsin
Dinləmədik haray çəkən dənizi
İllər ötdü dərd, qəmimiz çoxaldı
Dilə gəldi saçlarımda dən izi
Danışmayın məhəbbətdən sevgidən
Ümidlərim xəyallarım talanıb
Dilbilməzin vəfasızın əliylə
Ürəyimdə məhəbbət baltalanıb
Aldanmışıq
Rast gəlmişik bu fələyin fürsətinə
Məhəbbəti buraxmışıq yaradanın qismətinə
Aldanmışıq şeytanların niyyətinə
Sevgimizi küləklərlə sovurmuşuq
Qanad çalan pöhrələnən xatirəni
Keçmişlərdə xoşbəxt olan 'sən' - i, 'mən' - i
Darıxaraq gözlədiyim o dünəni
Ayrılğın alovunda qovurmuşuq
Qəlbimizi qəm kədərlə əritmişik
Özgələrin yollarında gül bitmişik
Bu taleyi, bu yolu da biz seçmişik
Xoş sözlərə aldanaraq ovunmuşuq
İndi ayrıyıq
Qaçıb bu dünyanın yalanlarından
Çıxardıq seyrinə günəş batanda
Sakit gecələrə sığınardım mən
Xəyalın yuxuma yuxu qatanda
Biz ayrı evlərin pəncərəsindən
Boylanıb yollara baxırıq gecə
Hamı sual edir necəsən deyir?
İndi nə haldayıq necəyik necə?
O vaxt gülümsəyən bəyaz buludlar
İndi nə sənindi nə də mənimdi
Xətrinə dəymişik bu məhəbbətin
Onunçün ayrılıq bizə qənimdi
Qarabağ səsləyir bizi
Dağlarımdan nalə gəldi
Bu səs mənə çox tanışdı
İmdadına çatmaq üçün
Dilə gəlib dağ danışdı
Köçəri quş dəstəsiyəm
Bülbül kimi ötəsiyəm
Qarabağın xəstəsiyəm
Qarabağ səsləyir bizi
Şeh olmaqçün çiçəyində
Meh olmaqçün ləçəyində
Dağlarının ətəyində
Qarabağ səsləyir bizi
Son yarpağam budağında
Yurd salaram bu dağında
Yerlə göyün dodağında
Qarabağ səsləyir bizi
Çəmənində naxışıyla
Boran, çiskin yağışıyla
Yaralanan baxışıyla
Qarabağ səsləyir bizi
Zəfər çaldı Azərbaycan
Sazım dinib tarım çalsın
Ocağımız qoşa yansın
Bayrağımız dalğalansın
Zəfər çaldı Azərbaycan
Həsrət bitdi aram-aram
Çiçək açdı qanlı yaram
Mən necə də bəxtiyaram
Zəfər çaldı Azərbaycan
Haqq yoluyla gedirik biz
Tarix yazdı əsgərimiz
Haray çəkir Türkiyəmiz
Zəfər çaldı Azərbaycan
Haqq bizimdir deyə deyə
Haqq səsimiz döndü neyə
Sinəsini öyə öyə
Zəfər çaldı Azərbaycan
Şəhid Tacəddinin əziz xatirəsinə
Vətən sevgisini öyrədən Atam
Şərəfli ölümlə nurlanır evin
Oğul Vətən üçün keçər canından
Qürur duy mənimlə ağlama Sevin
Sığınıb torpağa Ağlama Ana
Övlad həsrətiylə yanmasın canın
Qanımı tarixə həkk eyləmişəm
Mən igid oğluyam Azərbaycanın
Dörd nəfər aparır cansız canımı
Şəhidlər önündə hamı baş əyir
Bu torpaq uğrunda canını verən
Qəhrəman oğullar məni gözləyir
Şərəfli ölümlə nurlanır evin
Oğul Vətən üçün keçər canından
Qürur duy mənimlə ağlama Sevin
Sığınıb torpağa Ağlama Ana
Övlad həsrətiylə yanmasın canın
Qanımı tarixə həkk eyləmişəm
Mən igid oğluyam Azərbaycanın
Dörd nəfər aparır cansız canımı
Şəhidlər önündə hamı baş əyir
Bu torpaq uğrunda canını verən
Qəhrəman oğullar məni gözləyir
Şəhid Tural Bayramlıya ithaf olunur
DÖYÜŞDÜM torpağıb cəlladlarıyla
Yenə canım olsa döyüşəcəyəm
Unutma ay Ana yadında saxla
Mən səni cənətdə gözləyəcəyəm
Vətən, Vətən deyə döyüşdüyüm an
Qorxudan kor oldu düşmənin gözü
Son nəfəsimdə axan qanımla
Şuşaya yazıldı azadlıq sözü
Vətən uğrunda canımı verdim
Sevdiyim! Ailəmə tapşırdım səni
Mənim Cənnətimdə hazırdı yerim
Artıq getməliyəm bağışla məni
Şəhid Cavad İsmayılova
Saçına yağacam bəyaz qar kimi
Mən sənin ömrünə tez gələn qışam
Ağlama Anacan unutma ki mən
Şəhid olmaq üçün yaradılmışam
Qurduğum xəyallarr birdə ümidlər
Toysuz otağımıb bəzəyi qaldı
Mənim adım, sanım canımsan Vətən
Sənin torpağına qanım halaldı
Dörd bacımın gözlərinin yaşıyla
Cənnətimdə gül çiçəklər bitirdim
Ömür kitabımın son səhifəsini
Şərəfli ölümlə sona yetirdim...
Fatimə Səhhətqızı