Azərbaycan Yazıçılar Birliyinin 90 illik yubileyi qeyd olunur

13 iyun tarixində Azərbaycan Yazıçılar Birliyinin 90 yaşı tamam oldu.
Kulis.az xəbər verir ki, bu münasibətlə nəzərdə tutulmuş silsilə tədbirlərin birincisi Beynəlxalq Muğam Mərkəzində təşkil olunub.
Tədbiri AYB-nin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu açıq elan edib. Daha sonra söz AYB-nin sədri, Xalq yazıçısı Anara verilib.