Bia.Az

“MƏN SİZƏ NƏ DEYİRƏMSƏ, ONU EDİN!” – Lukaşenko belaruslara səsləndi

Dünya
 20-10-2022, 17:30     179

Rusiyanın Ukraynadakı hərbi-siyasi məğlubiyyəti dərinləşdikcə, Moskvanın ən yaxın müttəfiqi hesab olunan Belarusun müharibəyə qoşulması ehtimalı da artır. 


Belə ki, Vladimir Putinin müharibənin ilk günlərində olduğu kimi, Belarus ərazisindən Kiyevə hücum üçün istifadə edəcəyi və bu işə mümkün qədər Belarus ordusunu da cəlb edəcəyinə dair proqnozlar artıb. Bir çox ekspertlər iddia edirlər ki, Belarus Prezidenti Aleksandr Lukaşenko üçün Putinin tələblərindən yayınmaq getdikcə çətinləşir.

“AzPolitika.info” xəbər verir ki, Belarus Prezidenti ölkənin seçki qanunvericiliyinə dəyişikliklərlə bağlı keçirilən son müşavirədə ölkə vətəndaşlarına maraqlı tövsiyələr verib. Lukaşenko deyib ki, belaruslar sakit və firavan yaşamaq istəyirlərsə, onun sözündən çıxmamalıdırlar:

 “Bəlalardan keçmək istəyisinizsə, buyurun. Əlinizə bayraq götürün və gedin. Yox, sakitlik, səhər axşam özünüzün duş qəbul etmənizi, yaxud heç olmasa, uşaqlarınızın isti su ilə çimməsini, evinizin isti olmasını, qaz, neft və s. olmasını, səhər və axşam nəsə yemək, geyinmək istəyirsinizsə, dişlərinizi qıcayın və irəli! Mən sizə nə deyirəmsə, onu edin!”.

Lukaşenkonun bununla nə demək istədiyini anlamaq bir qədər çətin olsa da, bir çox müşahidəçilər Belarus Prezidentinin ölkədə gizli səfərbərlik həyata keçirdiyini də önə çəkərək, əhalini Ukraynayla mümkün savaşa hazırlamaq istədiyini iddia edirlər.скачать dle 12.1