Bia.Az

Avropa İttifaqı Rusiyaya silah tədarükünə görə İrana qarşı yeni sanksiyalar hazırlayıb

Dünya
 19-10-2022, 11:37     174

Avropa İttifaqı (Aİ) Rusiyaya silah satması iddiası ilə İrana qarşı yeni sanksiyalar paketi hazırlayıb və onu İttifaqa üzv ölkələrlə razılaşdırmağa hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "Politico" qəzeti Aİ rəsmiləri və diplomatlarına istinadən yazır. 

Nəşrin məlumatına görə, 5 fiziki və 3 hüquqi şəxsə qarşı sanksiyalar tətbiq oluna bilər.

"Diplomatlar bu gün və ya ən pis halda, cümə axşamı, eləcə də cümə günü keçiriləcək Aİ liderlərinin sammiti öncəsi yeni paketi razılaşdırmağa ümid edirlər", - qəzet yazır.

Yüksək vəzifəli məmur deyib ki, fərdi sanksiyalar iqtisadi sanksiyalardan daha tez həyata keçirilə bilər. Çünki İranın onsuz da ağır sanksiyalar altında olduğunu nəzərə alsaq, iqtisadi sanksiyaların güclü təsir göstərməsi ehtimalı azdır.

Xatırladaq ki, daha əvvəl ABŞ, Böyük Britaniya və Fransanın BMT Təhlükəsizlik Şurasının növbəti qapalı iclasında İranın Rusiyaya Ukraynada istifadə edilən PUA-ların tədarükü məsələsini qaldırmaq niyyətində olduğu barədə xəbər yayılmışdıскачать dle 12.1