Bia.Az

“Ruslar bizdə indi nə vaxtsa yəhudilər olduğu kimi olublar” - Fin jurnalist

Dünya
 19-10-2022, 01:31     181

Finlandiya hakimiyyəti ruslara münasibətdə özünü o qədər aqressiv aparır ki, bu, hərfi mənada yox, fakt üzrə Rusiya Federasyası vətəndaşlarını mənəvi baxımdan məhv edir - finlandiyalı jurnalist Kosti Xeyskkanen bəyan edib.

Onun sözlərinə görə, ölkənin XİN başçısı Pekka Xaavisto buna şərait yaradır.

«Biz, bu məsələni sosioloq və politoloq Yuxman Bekmanla, həm də italiyalı hüquq müdafiçisi və professor İliso Bartalossi ilə müzakirə etmişik. Biz görürük ki, hazırda ruslar nə vaxtsa yəhudilər olduğu kimi vəziyyətə düşüblər - onları hər vaxt təpikləyirlər, ələ salırlar» - Beşinci kanal Xeyskanendən sitat gətirir.

Jurnalist münaqişəli situasiyaların həlli, rusiyalıların xilası üçün İnsan haqları Şurasına və BMT-yə müraciət etmək niyyətindədir, çünki onlar normal olaraq, xaricə gedə və özlərini «izqoy» hesab etməyə bilmirlər.

«İnsanları aldadıblar! Onlara deyiblər ki, onlar tamamilə sərbəst olaraq Avropa İttifaqı ölkələrinə gedə bilərlər, sən demə onlar heç yerə gedə bilməzlər!» - jurnalist deyir./AzPolitika.info/

скачать dle 12.1