Tehran prokuroru Evin həbsxanasında baş verən münaqişə barədə ACIQLAMA
Dünya
16-10-2022, 15:11
167
Tehran prokuroru Evin həbsxanasında baş verən münaqişə barədə açıqlama verib. Şənbə günü axşam saatlarında Tehranın şimalındakı Evin həbsxanasında məhbuslar arasında baş verən dava nəticəsində başlayan yanğın söndürülüb.
BİA.Az İRNA-ya istinadən xəbər verir ki, dünən gecə saatlarında məhbuslar arasında münaqişə baş verib, hadisə quldurların saxlandığı qanadda başlayıb. Hüquq-mühafizə orqanları həbsxanaya nəzarəti təmin edib və yanğınsöndürənlər yanğını söndürüblər.Tehran prokuroru Əli Salehi həbsxanada sakit mühitin olduğunu bildirib: "Evin həbsxanasındakı münaqişənin son iğtişaşlarla heç bir əlaqəsi yoxdur”.
Onun sözlərinə görə, siyasi məhbusların olduğu kamera münaqişənin baş verdiyi yerdən uzaqda yerləşir.