Müğənni Şer dünyaya YALVARDI: “Erməniləri qoruyun”

Məşhur amerikalı müğənni və aktrisa Şer (Şerilin Sarkisyan) dünyaya səslənərək erməniləri Azərbaycandan qorumağa çağırıb.
Bizim.Media xəbər verir ki, pop ulduz öz Twitter səhifəsində ermənilərə görə qorxduğunu, onları Azərbaycandan heç kimin qorumadığını yazıb.
“Mən İrəvana səfərim zamanı ölən erməni uşaqlarının valideynsiz qaldıqları iki uşaq evinə baş çəkdim”, - deyə Şer qeyd edib.
Onun sözlərinə görə, Azərbaycandan fərqli olaraq Ermənistanda neft yoxdur.
Müğənninin nöqteyi-nəzərindən bu, Bakıya müsbət dividend verir.