Bia.Az

Alla Puqaçova: "Əvvəl “xolop” idik, indi qul olduq"

Dünya
 5-10-2022, 01:19     53

Rusiya estradasının “primadonnası” sayılan Alla Puqaçova Putin rejimi əleyhinə yeni qalmaqallı açıqlama yayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, daha öncə də müharibə əleyhinə açıqlamalar verən və Rusiyanı tərk edən müğənni Alla Puqaçova İnstaqram səhifəsində növbəti dəfə ictimai rezonansa səbəb olan paylaşım edib.

“Nə yaxşı ki, həmişə dözə bilmədiyim o adamlar mənə nifrət edirlər. Əgər məndən xoşu gəlsəydi, bu, o deməkdi ki, mən ancaq oxuyub, həyatda boşuna yaşamışam. Səbəbi aydındır. Dişlərini qıcasınlar. Əvvəl “xolop” (Rusiyada qul vəziyyətinə salınan kəndli-red.) idik, sonra (tam surətdə) qul olduq”, - deyə rus müğənni yazıb.

Müğənni konkret kimi nəzərdə tutduğunu açıqlamayıb, amma yəqin ki, söhbət onu müharibə əleyhinə mövqeyinə görə tənqid edən abunəçiləri haqqındadır.

Xatırladaq ki, bu ilin sentyabr ayının ortalarında Puqaçova sosial şəbəkədə Rusiya hakimiyyətini onu “xarici agentlər” siyahısına daxil etməyə çağıran yazı dərc edib.


Estrada ulduzu burada ilk dəfə Rusiyanın Ukraynaya təcavüzündən açıq danışıb, müharibəyə qarşı çıxan və artıq “xarici agent” kimi tanınan həyat yoldaşı Maksim Qalkinin mövqeyini dəstəkləmişdi.скачать dle 12.1