Bia.Az

RUS ORDUSUNA DƏHŞƏTLİ ZƏRBƏ VURULDU... - Xeyli sayda hərbi baza və silah anbarı məhv edildi

Dünya
 6-08-2022, 17:10     259

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 41 900 hərbçisi məhv edilib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun digər döyüş itkiləri 1 802 tank, 4 051 zirehli döyüş maşını, 955 artilleriya sistemi, 260 reaktiv yaylım atəşi sistemi, 127 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 191 helikopter, 744 PUA, 182 qanadlı raket, 15 gəmi, 2 970 avtomobil texnikası və avtosistern, 85 xüsusi texnikadan ibarətdir.

"AzPolitika.info" Ukrayna Ordusunun Baş Qərərgahının yaydığı məlumata istinadən bildirir ki, dünən Ukrayna Silhalı Qüvvələri ABŞ-ın verdiyi HİMARS reaktiv atəş sistemləri ilə Rusiya ordusuna güclü zərbələr endirib.


Nəticədə düşmənin Xerson, Donetsk və Zaporojye vilayətlərindəki hərbi bazaları və silah-sürsat anbarları darmadağın edilib. Belə ki;
Donetskdə iki silah anbarı;
Xersonda Novaya Kaxovka kəndində yerləşən hərbi baza;
Xersonda Alyoşki rayonundakı hərbi baza və silah anbarı;
Zaporojye vilayətinin Tokmak şəhərində hərbi anbar;
Xerson vilayətinə aid Berislav rayonunda -hərbi anbar.
Xersonda və ona aid Tokarevka, Belozyorka rayonlarında üç hərbi anbarı məhv edilib.
Ekspertlər bildirirlər ki, HİMARS-lar Xerson istiqamətində rusların HHM sistemlərinin böyük hissəsini məhv etdiyindən hərbi qüvvələri havadan təhlükəsizliyini təmin etmək artıq mümkün deyil. 
Bu arada qondarma "dxr"-in qadın polkovnik-leytenantı, "Korsa" ləqəbli Olqa Kaçuranın öldürülməsi ilə bağlı bir sıra detallar məlum olub.

Rus komandirlərlə görüşdən gələn Kaçuranın avtomobili Verxnetoretski yaxınlığında tank əleyhinə raketdən açılan atəş nəticəsində məhv edilib.
Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Rusiya ordusunun 6 komandirinin və daha 5 hərbçisinin də öldürüldüyü bildirilir.
Məlumatda qeyd olunur ki, Kaçura əslən Ukraynadan olsa da, Rusiyanın dəstəklədiyi separatçılar tərəfdən döyüşüb. Ukrayna kəşfiyyatının məlumatına görə, Kaçura 2014-cü ildən qondarma "dnr"-in ordu sıralarına qoşulub və həmin vaxt onlarla dinc sakini qətlə yetirib.
Qəzet yazır ki, 52 yaşlı polkovnik-leytenant tez-tez Rusiyanın televiziya kanallarında ukraynalıları öldürməkdən necə həzz aldığıyla bağlı çıxışlar edirmiş.
Həmçinin qeyd olunur ki, Kaçura Putinin müharibədə öldürülən ilk qadın zabitidir.скачать dle 12.1