Bia.Az

Rusiya nüvə silahından nə vaxt istifadə edə bilər - Rəsmi açıqlama

Dünya
 3-08-2022, 17:50     33

Rusiya-Ukrayna müharibəsi davam edən bir vaxtda Moskvadan dünyanı təşvişə salan xəbərdarlıq gəlib. Rusiya nüvə silahından hansı şəraitdə istifadə edəcəyini rəsmən bəyan edib.

Bizimyol.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə son vaxtlar Ukraynanın şərq bölgələrində daha da şiddətlənib. Ukrayna qüvvələrinin bölgədəki müqaviməti davam edərkən Rusiyadan çox sərt açıqlama gəlib. Nüvə silahlarının yayılmaması konfransında çıxış edən rusiyalı diplomat Aleksandr Trofimov diqqətəlayiq xəbərdarlıq imzalayıb.
Rusiyalı diplomat deyib ki, Moskva NATO ölkələrinin işğala qarşı “birbaşa təcavüzü”nə cavab olaraq öz nüvə arsenalından istifadə etmək qərarına gələ bilər.
Trofimov əlavə edib ki, Moskva nüvə silahından yalnız kütləvi qırğın silahlarına və ya Rusiya dövlətinin mövcudluğunu təhdid edən adi silah hücumlarına cavab olaraq istifadə edəcək.
“Bu iki hipotetik ssenarinin heç biri Ukraynadakı vəziyyətə aid deyil”,- deyə rusiyalı diplomat bildirib.
Xatırladaq ki, müharibənin ilk həftələrində Putin “Rusiya Nüvə Çəkindirici Qüvvələri”nə “yüksək döyüş hazırlığı”na keçməyi əmr etmişdi. Sözügedən addımın NATO-nun “aqressiv açıqlamalarından” sonra atıldığı bildirilib və Putinin əmrindən sonra bölmənin “xüsusi döyüş missiyasına” getdiyi açıqlanıb.
Birləşmiş Millətlər Təşkilatının ( BMT ) Baş katibi Antonio Quterres isə nüvə müharibəsi ilə bağlı xəbərdarlıq edərək “bəşəriyyət üçün nüvə fəlakəti”nin yaxın olduğunu dilə gətirib.
Baş katib açıqlamasında aşağıdakı açıqlamaları verib: “Soyuq müharibə”nin sona çatması ilə ayrılan buludlar yenidən bir araya toplaşır. İndiyə qədər qeyri-adi dərəcədə şanslı olmuşuq. Ancaq şans strategiya deyil. Həm də nüvə münaqişəsinə çevrilən geosiyasi gərginliyə qarşı qalxan deyil. Hazırda dünyada 13 000-ə yaxın nüvə silahı arsenallarda saxlanılır”.
Digər tərəfdən, aylarla davam edən müharibədə bir ilk olub. Rusiya ilk dəfə olaraq ABŞ-ı Ukrayna müharibəsində birbaşa iştirakda ittiham edib. Rusiya Müdafiə Nazirliyinin sözçüsü iddia edib ki, ABŞ Amerika istehsalı olan “Himars” reaktiv yaylım atəşi sistemindən istifadə edərkən Kiyev qüvvələrinin hədəflərini təsdiqləyib.
General-leytenant İqor Konaşenkov bildirib ki, Ukrayna rəsmiləri arasında aparılan danışıqlar bu əlaqəni üzə çıxarıb.
Onu da əlavə edək ki, Rusiya daha əvvəl Vaşinqtonu Ukraynada “proksi müharibəsi” aparmaqda ittiham edib.скачать dle 12.1