Bia.Az

Boreldən KRİTİK AÇIQLAMA: "Putin xalq üçün seçim etməli olacaq"

Dünya
 30-07-2022, 13:08     263

"Bu il Rusiyanın ÜDM-i 10 faiz azalacaq".

BİA.AZ xəbər verir ki, bunu DW-yə müsahibəsində Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel deyib.
Aİ-nin baş diplomatı Rusiya iqtisadiyyatının Qərbin sanksiyalarından hələ də ciddi zərbə almadığı, avropalı istehlakçıların isə artıq elektrik enerjisi haqqının yükünü hiss etmələri ilə bağlı iddiaları rədd edib.

Onun fikrincə, Rusiya qazının istehlakını azaltmaqdan daha vacib olan Rusiya iqtisadiyyatının bütün dünya ilə əlaqələrini kəsməyə yönəlmiş səylərdir.
“Rusiya hərbi maşınının təkcə pula deyil, həm də texnologiyaya ehtiyacı var", - o, Qərb komponentlərindən istifadə edən rus tanklarına işarə edərək qeyd edib.

"Nokauta düşmüş Rusiya tankının gövdəsinə baxın. Və görəcəksiniz ki, orada Qərb şirkətlərinin nə qədər elektron komponentləri var. Onların (rusların - red.) daha onlara çıxışı olmayacaq", - Borrel bildirib.

Aİ diplomatiya rəhbəri qeyd edib ki, bu il Rusiyanın ÜDM-i 10% azalacaq:

"Sovet İttifaqının dağılmasından bəri ən böyük tənəzzülə səbəb olacaq. Çox yaxında Rusiya prezidenti Vladimir Putin xalq üçün silah və neft arasında seçim etməli olacaq"скачать dle 12.1