Bia.Az

ABŞ Senatı Qarabağdakı ermənilərə 2 milyon dollar pul ayıracaq

Dünya
 29-07-2022, 15:56     246

ABŞ Senatı 2023-cü maliyyə ili üçün ayıracağı vəsaitlərlə bağlı açıqlama yayıb.


JAMAZ.İNFO xəbər verir ki, həmin layihəyə əsasən gələn il Qarabağa minatəmizləmə işlərinə və “qaçqın” ermənilərə humanitar məqsədlərlə 2 milyon dollar ayrılması tövsiyə edilir.


Qeyd edək ki, ABŞ Nümayəndələr Palatası da ötən ay hazırladığı layihədə Ermənistana 60 milyon dollar, Qarabağa isə 2 milyon dollar vəsait ayıracağı barədə bilgi verib. Qarabağa ayrılacaq vəsait isə minaların təmizlənməsi xərclərini qarşılamaq üçün nəzərdə tutulub.скачать dle 12.1