Bia.Az

Ukrayna ordusu Andreyevka qəsəbəsini azad edib

Dünya
 27-07-2022, 13:57     44

Ukrayna ordusu Rusiyanın dayaq məntəqələrinə zərbə endirərək Zaporojye əyalətinin şəhər tipli qəsəbəsi Andreyevkanı azad edib.

Bu barədə "Cənub” Operativ Komandanlığı məlumat yayıb.

"Aviasiyamız qırıcılardan, bombardmançılardan və helikopterlərdən istifadə etməklə düşmənə 4 zərbə endirib. Düşmənin Andreyevka, Beloqorka və Blaqodatnıy ərazilərindəki 4 dayaq məntəqəsi vurulub. Beləliklə, Andreyevka azad edilib və nəhayət Rusiya işğalçı qoşunlarından təmizlənib. Qoşunlarımız bir neçə gün əvvəl Lozovoyedə olduğu kimi öz mövqelərini etibarlı şəkildə gücləndiriblər”, - komandanlığın feysbukdakı səhifəsində yerləşdirilən xəbərində deyilir.

Qeyd olunur ki, Rusiya ordusu gün ərzində Bruskinskoye - Beloqorka istiqamətində əks-hücuma keçərək, itirilmiş mövqeləri bərpa etməyə çalışsa da, buna nail ola bilməyib.

Rusiya hərbi hava qüvvələrinin təyyarələri qarşı tərəfin mövqelərinə 4 zərbə endirib, lakin Ukrayna hərbçiləri arasında itki yoxdur.

Əməliyyat zamanı Rusiya ordusunun 89 hərbçisi öldürülüb, anbarı və xeyli sayda texnikası sıradan çıxarılıb.

BİA.az
скачать dle 12.1