Bia.Az

Rusiya Putinin vəzifəsinin adını dəyişmək istəyir – TƏKLİF

Dünya
 10-07-2022, 14:49     326

Rusiya Liberal Demokrat Partiyasının nümayəndələri “prezident” termininin “hökmdar” ifadəsi ilə əvəzlənməsi təşəbbüsü ilə çıxış ediblər.

BİA.az  xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
 
Mənbə yazır ki, bu təşəbbüs hələ tam dəstəklənməyib.

“Dövlət başçısı postunun adı bizi həmişə çaşdırıb. “Prezident” termini icra hakimiyyətinin başçısı mənasında ilk dəfə yalnız 18-ci əsrin sonlarında ABŞ-da işlədilmiş, daha sonra isə bütün dünyaya yayılmışdır”, deyə Liberal Demokrat Partiyası qeyd edib.
 
Təşəbbüs müəlliflərinin fikrincə, “dövlət başçısı” və “hökmdar” ifadələri daha çox başadüşüləndir.
 
LDPR həmçinin qeyd edib ki, 1991-ci ilin prezidenti və indiki prezident iki fərqli statusa malik şəxsdir, çünki Boris Yeltsin RSFSR, Vladimir Putin isə Rusiya Konstitusiyasına görə seçiliblər. /Bizim.mediaскачать dle 12.1