Bia.Az

Sergey Lavrov İndoneziyada çətin vəziyyətə düşüb

Dünya
 8-07-2022, 12:34     285

Rusiya xarici işlər naziri Sergey Lavrov G20 Xarici İşlər Nazirləri Sammitində boykot edilib.


Nazirlər "şəhərləri bombalayan, dinc sakinləri qətlə yetirən bir ölkənin nümayəndəsi" ilə birgə şəkil çəkdirməkdən imtina ediblər. Həmçinin Rusiyanın hərbi təcavüzünə etiraz olaraq yüksək rütbəli diplomatlar bir gün əvvəl şam yeməyini boykot ediblər.

Bizimyol.info istinadla xəbər verir ki, bu barədə Yaponiyanın "Kyodo News" informasiya portalı məlumat yayıb. Məlumata görə, müxtəlif ölkələrin nümayəndələri Rusiyaya qarşı “düşmənçilik tədbiri” olaraq nazirlərin ənənəvi qrup şəklini çəkdirməkdən imtina ediblər.
İndoneziyanın xarici işlər naziri Retno Marsudinin sözlərinə görə, etiraz əlaməti olaraq yüksək rütbəli diplomatlar da iyulun 7-də axşam yeməyini boykot ediblər. Bu isə, iki günlük G20 toplantısının ilk tədbiri olub.
Bununla yanaşı, G20-nin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə ABŞ, Kanada və Avropa nümayəndə heyətləri Rusiya rəsmiləri, o cümlədən maliyyə naziri Anton Siluanov da daxil olmaqla, faktiki olaraq çıxış etməyə hazırlaşarkən iclası tərk ediblər.
Anton Siluanov və Vladimir Putin 
Anton Siluanov (maliyyə naziri) və Vladimir Putin

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov İndoneziyada G20 xarici işlər nazirlərinin görüşündə dəvət alsa da, Rusiya siyasətindən hamı razı deyildi. Bir sıra diplomatlar Rusiyanın iştirakı ilə keçirilən tədbirləri boykot ediblər.
Bir müddət əvvəl isə, Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirmişdi ki, Rusiyanın Ukraynaya təcavüzünü nəzərə alaraq, bu sammitdən platforma kimi istifadə etməyə icazə verilməməlidir.
Qeyd edək ki, Türkiyə Rusiyaya qarşı sanksiyalara qoşulmadığına görə xarici işlər naziri Mevlüt Çavuşoğlu İndoneziyada Sergey Lavrovla görüşüb.скачать dle 12.1