Bia.Az

Sabiq baş nazirə qəsd

Dünya
 8-07-2022, 10:52     274

İyulun 8-də Yaponiyanın sabiq baş naziri, hakim Liberal Demokrat Partiyasının üzvü Sindzo Abe Nara şəhərində silahlı hücuma məruz qalıb.

 Seçkiqabağı küçə toplantısında çıxış edən Sindzo Abe sinəsindən güllə yarası alıb, ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Novator.az bildirir ki, 1954-cü il təvəllüdlü Sindzo Abe 1993-cü ildən Yaponiya parlamentinin aşağı palatasının deputatı olub, 2006-2007 və 2012-2020-ci illərdə baş nazir postunu tutub.

İyulun 10-u Yaponiyada parlamentin yuxarı palatasına seçki keçirilməlidir.

Yaponiya konstitusiyalı monarxiyadır. 2019-cu il mayın 1-dən Akihito imperatorluq edir.

İcra hakimiyyətini hökumət həyata keçirir. Hökumət parlamentin aşağı palatasına seçkinin nəticəsi əsasında qurulur.

Hazırda Liberal Demokrat Partiyası və müttəfiqləri hakimiyyətdədir. 2021-ci il oktyabrın 4-dən baş nazir postunu Liberal Demokrat Partiyasının sədri Fumio Kişida tutur.скачать dle 12.1