Bia.Az

"Rusiya Xersonda ölən əsgərləri yandırır ki, itkilərin sayı bilinməsin"

Dünya
 7-07-2022, 17:01     261

Rusiya Federasiyası ordusunun şəxsi heyəti arasında itkilərin real sayını gizlətmək üçün mütəmadi olaraq öldürülən hərbçilərin cəsədlərini yandırırlar.


Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb. Belə ki, Xerson şəhəri yaxınlığında çox sayda insan qalıqlarının olduğu yerlər dəfələrlə diqqət çəkib. Yanğın zamanı cəsdələrə ciddi ziyan dəydiyi üçün onların mənsubiyyətini dəqiq müəyyən etmək çətindir.
"Həmin meyitlər yerli istintaq təcridxanasından yük maşınları ilə gətirilir. Meyitlərin qəsdən yandırılması faktlarını gizlətmək üçün işğalçı ordunun nümayəndələri bunun artilleriya atəşi və sonrakı atəşlər nəticəsində baş verən yanğınların nəticəsi kimi göstərməyə çalışırlar. Belə ki, əvvəlcə hadisə yerində ilk olaraq güclü partlayış səsi eşidilib, daha sonra isə, yanğın başlayıb.
Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının girişi qadağandır”,- deyə məlumatda bildirilib.
Həmçinin, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb ki, tanınmış Xerson "satqın"ı, 90 saylı islah koloniyasının rəisi Yevgeni Sobolev hazırda Luçanski adına şəhər klinik xəstəxanasının ortopediya kafedrasının 4-cü mərtəbəsindədir. Sobolevin olduğu avtomobil partladıqdan sonra hər iki ayağına İlizarov cihazları quraşdırılıb.
Həmçinin Xersonda tibb müəssisələrinin yenidən qeydiyyatı və tibb işçilərinin axtarışı davam edir. Çoxlu sayda həkim düşmən tərəfinə işləməyə razılıq verməyərək müvəqqəti işğal olunmuş əraziləri tərk etdiyi üçün vəziyyət kritikləşir. Xüsusilə, ciddi anestezioloq çatışmazlığı var.
Xatırladaq ki, Xerson vilayətində Rusiya hərbçiləri arasında tez-tez fərarilik halları qeydə alınır. Qaçışa səbəb isə Ukrayna artilleriyasının dəqiq zərbələri nəticəsində işğalçıların ağır itki verməsidir.скачать dle 12.1