Bia.Az

Canlı yayımda Putinə etiraz edən jurnalist Almaniyada çətinə düşüb

Dünya
 5-07-2022, 17:17     205

Rusiya televiziyasında canlı yayım zamanı Ukraynadakı müharibəyə etiraz Marina Ovsyannikovanı bir anda məşhurlaşdırmışdı. Dünya mətbuatı rusiyalı jurnalistin cəsarətli addımından danışırdı.

Zarafat deyil, Rusiyada söz azadlığının heç vaxt olmadığı qədər məhdudlaşdırıldığı dövrdə “Birinci kanal”ın əməkdaşı canlı efirdə Kremlin əleyhinə addım atmışdı. Şüarda Rusiyanın Ukraynada cinayət törətdiyi yazılmışdı. Müəllif Vladimir Putini ittiham etmişdi. Hərçənd, hələ o vaxt Ovsyannikovaya güvənməyənlər az deyildi. Bildirirdilər ki, “Birinci kanal”ın canlı efiri istənilən halda bir neçə dəqiqə yubanır. Yəni Ovsyannikovanın aksiyası mümkünsüz idi. Demək istəyirdilər ki, jurnalistin addımı razılaşdırılıb. Putinin demokratiya görüntüsü yaratmaq istədiyi iddia olunurdu.

Bizimyol.info xəbər verir ki, Marinna Ovsyannikova Almaniyada işsiz qalıb. Məhz həmin hadisədən sonra rusiyalı jurnalistin Avropaya yolu açılmışdı. “Welt” onu sıralarına dəvət etmişdi. Amma Ovsyannikovanın nüfuzlu media orqanında fəaliyyəti cəmi üç ay sürüb. Jurnalist deyir ki, heç bir problem yoxdur, müqavilə müddəti başa çatıb. Problem elə müqavilə müddətinin uzadılmamasındadır. Görünür, “Welt” Ovsyannikovaya sona qədər güvənə bilməyib.

Hadisə martın 14-də baş vermişdi. İlk günlər bütün dünyada Marina Ovsyannikova ilə maraqlanırdılar. Ona Almaniya KİV mükafatı verməyə hazırlaşırdılar. Amma zamanla şübhələr artdı. Hətta “Welt”in redaksiyasının qarşısında böyük etiraz aksiyası baş tutdu. Almaniya vətəndaşları Ovsyannikovanın işə götürülməsinin əleyhinə çıxırdılar. Etirazçılar jurnalistin keçmişini xatırladırdılar. Ovsyannikova həmişə Vladimir Putinin təbliğatçısı rolunu oynayıb. Jurnalistin birdən-birə həqiqəti anlaması imitasiya predmeti sayılırdı. Məhz etirazlara görə ona mükafat təqdim olunmadı.

Ovsyannikova bundan sonra nə edəcək? Hələlik bu suala özü də cavab verə bilmir. Jurnalist deyir ki, irəli baxmaq lazımdır. Marina “Welt”də əvəzolunmaz təcrübə qazandığını bildirir. O, Rusiyaya qayıdıb-qayıtmayacağı barədə danışmır. Hiss olunur ki, Ovsyannikova qəhrəman obrazını qorumaq barədə daha çox düşünür. Buna görə onun vətənə qayıtması inandırıcı deyil. Ovsyannikova yeni təkliflər gözləyir.скачать dle 12.1