Bia.Az

Rusiya Ukraynanın İlan adasına fosfor bombaları atıb - VİDEO

Dünya
 2-07-2022, 00:32     257

Rusiyaya məxsus iki “Su-30” döyüş təyyarəsi Ukraynanın İlan adasını qadağan olunmuş fosfor bombaları atıb.


 “Report” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı məlumat deyib.


“Rusiya ordusunun rəhbərliyi “xoşməram jesti” kimi açıqladıqları öz bəyanatlarına belə əməl etmir.


Bu gün saat 18:00 ( Bakı vaxtı ilə 20:00) radələrində Bilbek aerodromundan Rusiya Silahlı Qüvvələrinə məxsus bir cüt Su-30 qırıcı təyyarəsi İlan adasına iki dəfə fosfor bombaları ilə hava zərbəsi endirib”-deyə, o bildirib.


Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vurğulayıb ki, bu faktlar Rusiya ilə müqavilələrdən danışan hər kəsə məlum olmalıdır.

[media=//baku.tv/az/dunyaa/51929/]скачать dle 12.1