Bia.Az

Qarabağda rüsvay olan "İsgəndər" bu dəfə Ukraynada gülüş doğurdu

Dünya
 22-06-2022, 18:21     385

Rusiya ordusunun Ukrayna ərazisinə atdığı döyüş raketi atıldıqdan az sonra havada partlayıb.


Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, uğursuz raket atışının görüntüləri sosial şəbəkələrdə yayılıb. Görüntülərdə raketin atışdan bir neçə saniyə sonra səmaya qalxması və partlaması yer alıb.

İddialara görə, raket iyunun 22-nə keçən gecə atılıb. Buraxılışın yeri, tarixi və vaxtı ilə bağlı başqa heç bir təsdiqləyici məlumat yoxdur. Eyni zamanda mənbə yazır ki, videoda "İsgəndər" kompleksindən raket buraxılışı əks olunub.
Xatırladaq ki, “İskəndər” ballistik operativ-taktiki raket sistemləri ailəsindəndir. “İsgəndər-M” OTRK-dan ballistik raketlərlə hədəfi məhv etmənin maksimal diapazonu ən azı 500 km-dir. Bəzən isə 700 km-ə çata bilər.
Yeri gəlmişkən, qeyd edək ki, prezident Vladimir Zelenski bildirib ki, Rusiya işğalçıları yenidən Xarkova hücum etmək üçün qüvvələr toplamağa çalışır. Xarkov meri İqor Terexov bildirib ki, Rusiya iyunun 19-dan şəhəri atəşə tutmağı xeyli artırıb.
Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak isə hesab edir ki, Rusiyanın Xarkovu tutmağa gücü çatmır, ona görə də sakinlərin müqavimətinə görə qisas almaq üçün şəhəri atəşə tutur. Onun sözlərinə görə, Rusiya çoxdan sübut edib ki, “məntiqsiz qisas almaq və ukraynalı olduğuna görə insanları öldürmək istəyi” naminə Ukraynaya qarşı müharibə aparır.
"Rusiyanın Xarkovu almağa gücü yoxdur. Onların məqsədi şəhərə maksimum ziyan vurmaq və onun sakinlərindən qisas almaqdır”,- deyə o bildirib.
Xatırladaq ki, Rusiyanın "İsgəndər" raketləri 44 günlük müharibə zamanı Azərbaycana da atılmışdı. Amma bu raketlərin əksəriyyəti Azərbaycanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmuşdu. Ermənistanın baş naziri Nikol Paşinyan da bu raketlərin uğursuz olduğunu bildirmiş və Kremlin təzyiqlərinə məruz qalmışdı. Şuşa şəhəri üzərində isə "İsgəndər" raketinin qeyr-ixrac versiyası vurularaq salınmışdı. Bu raket növü Rusiyadan heç bir ölkəyə ixrac edilmədiyinə görə, onun birbaşa Rusiya qüvvələri tərəfindən atıldığı ehtimal edilir.
Əslində bu raketlər 44 günlük müharibəyə qədər Rusiyada qürur mənbəyi sayılırdı. Hətta Rusiyanın televiziya aparıcıları əcnəbi tənqidçilərinə cavab olaraq tez-tez "bizim "İsgəndər"ləri güldürməyin" ifadəsindən istifadə edirdilər. Amma Qarabağda başlayan və Ukraynada davam edən rüsvayçılıq artıq bu deyimi onların dilindən salıb.скачать dle 12.1