Bia.Az

"Torpağı oğurlayıb əvvəlki kimi olacağını düşünürsənsə, yanılırsan" - Şolz

Dünya
 18-06-2022, 16:59     337

Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinlə danışıqların davam etdirilməsinin vacib olduğunu bildirib.


Bizimyol.info Ukrayna mətbuatına istinadla xəbər verir ki, “APnews” məlumat verib. Qeyd edək ki, hökumət başçısı Rusiya diktatoruna telefon zənglərinə görə dəfələrlə tənqid edilib. Onun zənglərinin Kremlə təzyiq cəhdlərinə zərbə vurduğu güman edilir.

Şolz isə Ukrayna xalqı üçün məqbul və düzgün olacaq sülh sazişi tapmağa çağırır. Şolz Fransa, İtaliya və Rumıniya liderləri ilə birlikdə Kiyevə səfər etdikdən sonra deyib ki, Putinlə danışmaq lazımdır. “Mən də, Fransa prezidenti kimi bunu davam etdirəcəyəm”,- deyə Şolz bildirib.

Kansler iddia edir ki, Rusiya prezidenti ilə söhbətlərində ona işğalçı müharibənin nəticələrinə görə məsuliyyətini xatırladır. "Putinə deyirəm, zəhmət olmasa anlayın ki, "diqtə altında" dünya olmayacaq. Əgər torpağı oğurlaya biləcəyini düşünürsənsə, sonra zamanın dəyişəcəyinə və hər şeyin əvvəlki kimi olacağına ümid edirsənsə, yanılırsan",- deyə Şolz bildirib.

Kansler vurğulayıb ki, müharibə zamanı Rusiyaya qarşı tətbiq edilən sanksiyalar vicdanlı sülh - yəni Ukrayna xalqı üçün xeyirli olan, Parlament üçün və Ukrayna Prezidenti üçün məqbul olan sülh olmasa, aradan qalxmayacaq.

Xatırladaq ki, Şolz bir müddət əvvəl Ukraynanın hərbi yardım kimi tələb etdiyi Almaniya silahlarının vaxtında çatacağına zəmanət vermişdi. O, bildirmişdi ki, bunun üçün Kiyevə silah tədarükü növbəsində üstünlük veriləcək.

Xatırladaq ki, Almaniyanın əvvəlki kansleri Angela Merkel də Putinlə yaxın münasibətlərinə görə tənqid edilirdi. Hazırkı kansler Şolz da onun siyasətini davam etdirir. Almaniya Rusiya ilə bir çox sahələrdə iqtisadi əməkdaşlıq qurub və əvvəllər bu əməkdaşlığı durmadan dərinləşdirirdi. ABŞ-ın etirazları da Almaniyanı saxlamırdı. Amma Rusiya Ukraynaya hücum etdikdən sonra Almaniya bəzi addımlara məcbur oldu. Rəsmi Berlin "Şimal axını - 2" layihəsini dayandırdı və bir sıra sanksiyalara qoşuldu.скачать dle 12.1